Quba filialının komandası startap layihəsində III yerin qalibi oldu

Quba filialının komandası startap layihəsində III yerin qalibi oldu

Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (Innovation and Digital Development Agency) dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı və Yenifikir MMC-nin təcrübəsi və əməkdaşlığı ilə keçirilən “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi çərçivəsində startap ideyaları ilə fəal iştirak etmiş və fərqlənmiş komandaların son mərhələsi- Sərgi Demoday 24 noyabr 2023 -cü il tarixində İsmayıllı rayonunda keçirilib.

Bu mərhələyə ADPU-nun Quba filialı 6 komanda ilə qatılıb, onlardan 3-ü finala yüksəlib və bir layihə qaliblər sıradında yer alıb.

Qalib olan “Ubay” startap layihəsinin rəhbəri Filialın İKT şöbəsinin müdiri Yusif Abayev, proqram meneceri p.f.d.Aysel Şeydayeva, satış meneceri Hikmət Musayev, İT mütəxəssisi Rafael Abayev olub və komanda ilk mərhələdə 28 komanda, finalda isə 12 komanda içərisindən 3-cü yerə çıxıb, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru Emin Axundov, Yenifikir MMC-nin təsisçisi İsa Qasımov tərəfindən Sertifikatla təltif ediliblər və qalib komandanın üzvlərinə qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, yarışan komandalar içərisində Dağlıq Şirvan iqtisadi rayonu və Quba – Xaçmaz iqtisadi rayonlarından olan komandalar yarışırdı, I və II yerə İsmayıllı rayonundan olan iki komandanın layihəsi layiq görülmüşdür.

Qalib və iştirak edən komandalarımızı Filialın direktoru dosent Yusif Alıyevin və bütün kollektivin adından təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?