Qubada “Vətən” poemasının böyük təmtaraqla təqdimatı keçirildi

22.12.2022
Qubada “Vətən” poemasının böyük təmtaraqla təqdimatı keçirildi
20 dekabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə ADPU-nun Quba filialında görkəmli Azərbaycan şairi Ramiz Qusarçaylının “Vətən” poemasının təqdimatına həsr olunmuş “Azərbaycan bayrağı”nı qürurla dalğalandıran “Vətən” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, ADPU-nun Quba filialının direktoru f.e.d. Yusif Alıyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, nasir, yazıçı-dramaturq, publisist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi, Prezident təqaüdçüsü Səlim Babullaoğlu, AMEA-nın Dilçilik İnstitutunun Baş direktoru, filologiya elmləri doktoru professor Nadir Məmmədli, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Şahin Fazil, Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazarlar Birliyinin, İraq Türkmənləri Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü İlqar Türkoğlu, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi, Şəhid ailələri, qazilər, elm adamları, şairlər, ictimai fəal insanlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbir Ulu öndər Heydər Əliyevin və ölməz şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ADPU-nun Quba filialının direktor müavini p.f.d. Aysel Şeydayevanın moderatorluğu ilə davam edib. Tədbirdə şair Ramiz Qusarçaylının həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirilib, daha sonra Şair Ramiz Qusarçaylı səhnəyə dəvət edilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ziyəddin Əliyev çıxış edərək qeyd edib ki, şair Ramiz Qusarçaylı şeir və poemaların, tərcümə kitablarının, “Quba” adlı foto-albomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir, kitabları Rusiya, Ukrayna, Iran və Türkiyədə nəşr olunmuşdur. Əldə etdiyi ədəbi uğurlara görə dəfələrlə Fəxri fərman, diplom və mükafatlarla təltif olunmuşdur.
2009–2010-cu il üçün Prezident təqaüdçüsü olub.
2019-cu ildə “Azərbaycan bayrağı” şeirinə görə Şahmar Əkbərzadə adına Beynəlxalq mükafata, 2022-ci ildə “Vətən” poemasına görə Əhməd Cavad, Ziya Paşa ödülünə, Dədə Ələsgər 200 yubiley medalına və digər bu kimi beynəlxalq əhəmiyyətli mükafatlara layiq görülüb.
Şairin “Azərbaycan bayrağı” şeiri 8-ci sinif “Azərbaycan dili” dərslik kitabında və 9-cu siniflər üçün Dövlət İmtahan Mərkəzinin Test kitabında yer almış, şagirdlərə tədris edilir.
Daha sonra tədbirdə şair Ramiz Qusarçaylı Quba RİH Başçısı Z.Əliyevin 14 dekabr 2022-ci il tarixində imzaladığı 216 saylı Sərəncamı ilə Fəxri Fərmanla təltif edilib. Həmçinin şairə və qiymətli hədiyyə təqdim edilib.
Tədbirdə çıxış edən ADPU-nun Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, dosent Yusif Alıyev də görkəmli şair R.Qusarçaylının yaradıcılığından və Azərbaycan ədəbiyyatındakı rolundan danışıb. Həmçinin R.Qusarçaylını ADPU-nun Quba filialının Elmi Şurasının qərarı ilə Fəxri Diplomla təltif edib və hədiyyə də təqdim edilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, AMEA Dilçilik İnstitutunun Baş Direktoru, filologiya elmləri doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi, Prezident təqaüdçüsü Səlim Babullaoğlu, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, şair, şərqşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Şahin Fazil, Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazarlar Birliyinin, İraq Türkmənləri Yazarlar Birliyinin üzvü İlqar Türkoğlu, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev çıxış edib, şairin Azərbaycanda və ölkə hüdudlarından kənarda sevilən Azərbaycan bayrağı şeiri haqqında, vətənpərvərliklə bağlı yaradıcılığı haqqında, Vətən poemasının əhəmiyyəti haqqında fikirlərini qeyd ediblər.Sonra R.Qusarçaylının şeirinə bəstələnmiş Bəstə Nigar musiqisi Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Xanəndə Seyfulla Ağayev tərəfindən ifa edilib,
Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimləri Kəmalə Bayramova, Günəş Xudayarova, tələbələr Səma Asəfova, Rəşad Abdullayev, Cəvahir Qocayeva, Şəbnəm Abdullayeva, Gülşən Qurbanova ifasında şairin şeirlərindən ibarət kompozisiyalar səsləndirilib.Azərbaycan şairi və publisisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylı kürsüyə Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbəsi Davrişova Zemfiranın ifasında səsləndirilən “Azərbaycan Bayrağı” şeirinin sədaları altında dəvət edilib.
Şair Ramiz Qusarçaylı çıxışında “Vətən” poemasının təqdimatına həsr olunmuş tədbirin yüksək səviyyədə təşkil etdiyinə görə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə, ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyevə dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, “Vətən” poeması bütöv Azərbaycanın birlik nişanəsidir. Bu poemada vətənimizin bütün dövlərini ən yüksək incəliklərə verməyə çalışmışdır. Sonra, şair R.Qusarçaylı görüşdə iştirak etdiklərinə görə Azərbaycan Yazıçılar Birliyinin katibləri Elçin Hüseynzadəyə, Səlim Babullaoğluna, AMEA-nın Dilçilik İnstitutunun Baş Direktoru prosessor Nadir Məmmədliyə, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, professor Şahin Fazilə, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Türkoğluya, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərliyə, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, Quba rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərlərinə, Şəhid ailəsi üzvlərinə, qazilərə, ADPU-nun Quba filialının kollektivinə və rayon ictimaiyyətinin nümayəndələrinə dərin təşəkkürünü bildirmişdir.
Sonda xatirə şəkilləri çəkdirilib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?