Elmi şurada Filialda son dövrlər əldə edilən uğurlar müzakirə edilib.

08.05.2024
Elmi şurada Filialda son dövrlər əldə edilən uğurlar müzakirə edilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 7 may tarixində Elmi şuranın iclası keçirildi. Elmi şuranın katibi Sevinc Babaşova çıxış edərək Elmi Şura üzvlərinin yetərsay olduğunu qeyd edərək iclasın səlahiyyətli olduğunu bildirdi.

Daha sonra ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru dosent Yusif Alıyev çıxış edərək şura üzvlərini və dəvət olunanları salamladı. Hər bir müəllimi, əməkdaşı yeni 3 may 2024-cü il tarixində ADPU-nun Quba filialında “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin açılışına həsr edilmiş elmi-praktik konfransın yüksək səviyyədə keçirilməsi münasibətilə təbrik etdi. “Bu böyük və möhtəşəm Mərkəzin ərsəyə gəlməsində əməyi olan hər kəsə ürəkdən təşəkkür edirəm. Bu filial tarixində bir ilk idi. Bundan sonrakı fəaliyyətimizdə çalışmalıyıq ki, bu Mərkəz haqqında tələbələrimiz də bilgili olsunlar, hamı öz sosial şəbəkə hesablarında bu haqda paylaşımlar etsin. Çünki bu məhtəşəm açılışda ölkənin və türk dünyasının nəhəng elm xadimləri Qubamızın, universitetimizin qonağı idi. Bu təşəbbüsümüzü sonadək dəstəkləyən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovaya dərin təşəkkür edir, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, millət vəkili akademik İsa Həbibbəyliyə və digər mötəbər qonaqlara bizimlə birlikdə açılışda iştiraklarına görə də minnətdarlıq edirik. ” deyə direktor vurğulayıb. Daha sonra ”Sizə göndərdiyim sənəd ADPU-nun 2030 Strateji İnkişaf Planının (SİP) hazırlanmış yekun variantıdır. Ayrı-ayrı 11 yerli və xarici universitetlərin SİP-lərini, ADPU-nun son akkreditasiya arayışını, ADPU-da aparılmış daxili tədqiqatları, tələbə və müəllim, məzunlarla sorğularının nəticələrini nəzərə alaraq əlavədəki strateji inkişaf planı layihəsi hazırlanmışdır. 25 aprel 2024-cü il tarixli Elmi Şuranın qərarı ilə SİP layihəsinin bir ay müddətində universitet daxili müzakirəsinə başlanılmışdır. Dekanlıqlardan, kafedralardan, strukturlardan xahişim odur ki, may ayının 20-dək əlavə olunmuş SİP layihəsini öncədən bütün professor-müəllim və inzibati işçilərə yönəldilir, tanış olmaq üçün bir-neçə gün vaxt verilir, kafedraların iclaslarında, fakültələrin Elmi Şuralarında, ayrı-ayrı inzibati şöbələrdə, əlaqədar istiqamət üzrə işçi qruplarda, Elmi-Metodiki Şurada, Maliyyə Komissiyasında, Keyfiyyət Komissiyasında müzakirə edilsin, o cümlədən layihə haqqında əlavələri, dəyişikləri, təklifləri özündə əks etdirən rəsmi rəy imzalı şəkildə direktora təqdim edilsin. Xahiş olunur ciddi şəkildə diqət edilsin, iclaslar ciddi təşkil edilsin. Hər hansı əlavə və dəyişiklikləriniz olmasa belə yazılı şəkildə əlavə dəyişikliklərinizin olmadığı haqqında məlumat verməyiniz zəruridir.” deyə Elmi şura üzvlərinin diqqətinə çatdırıb. Sonra ”Tədbir daha bir möhtəşəm tarixi hadisə ilə də yadda qalıb. Belə ki, Filialın elm, təhsil və pedaqoji kadr hazırlığı sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş bir qrup əməkdaşı- direktor dos. Yusif Alıyev, əməkdaşlar, Mələk Bağırova, Səmimə Müzəffərova, Mahirə Malıyeva, Eyvaz Şeydayev, Güləddin Həmzəyev, Filialın TSP ixtisasının məzunu və hazırda Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər. Həmin yubiley medalları əməkdaşlara akademik İsa Həbibbəyli və professor Mahirə xanım Nağıqızı tərəfindən təqdim edilib. Bu uğur hamımızın uğurudur, bütün kollektivin əməyinə verilən yüksək dəyərdir. Bu böyük dəyərə bizi layiq bilənlərə bir daha təşəkkür edirik.” deyə dos.Yusif Alıyev bildirib. Əməkdaşları bu mötəbər təltif münasibətilə bir daha təbrik edib, onların bu seçimə layiq olduqlarını, bu təqdimatı edərkən hansı kriteriyaların nəzərə alındığını deyib.

Daha sonra Elmi şurada növbət “Fakültələrin fəaliyyəti haqqında” məsələ ilə əlaqədar fakültə dekanları v.m.i.e Mürvət Əliyev və Nübar Bayramova geniş və hərtərəfli hesabatla çıxış ediblər. Elmi şurada həmçinin Elbrus Əhmədov “Gənc alimlər və tədqiqatçılar şurasının hesabatını təqdim edib. Sonda Cari məsələlər müzakirə edilib, qarşıda dayanan vəzifə və öhdəliklər yenidən yada salınıb, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə əlaqəli təklif və tələblər dinlənilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?