“İNTİHAR ÇIXIŞ YOLU DEYİL” adlı silsilə vebinarların son görüşü keçirilib.

“İNTİHAR ÇIXIŞ YOLU DEYİL” adlı silsilə vebinarların son görüşü keçirilib.

Quba Dövlət Sosial-İqtisadi Kollecinin TGT sədri Fatimə Səfərova və ADPU Quba filialının TGT sədri Səyyad Nəcəfovun uğurlu əməkdaşlığı nəticəsində ərsəyə gələn layihə hər iki müəssisənin tələbələri və qonaq qismində dəvət olunan peşəkar  psixoloqların  maraqlı müzakirələri ilə davam edib.
Vebinarların həyata keçirilməsində göstərdikləri köməyə görə filialın direktoru dosent Yusif Alıyevə, Quba Dövlət Sosial-İqtisadi Kollecinin  direktoru Cəvahir İskəndərovaya, Xəzər rayon Gənclər və İdman İdarəsinin müdiri Vüqar Əliyevə, peşəkar psixoloqlar Rəşidə Məhərrəmovaya, Elnarə İsazadəyə, Bilqeyis Xəlilovaya, Vüsalə Əmiraslanovaya, Mənsur Xaspoladova öz təşəkkürümüzü bildiririk.
Aparılan maarifləndirici söhbətlər gənclərin marağına səbəb olub, 4 gün ərzində 400-ə yaxın gənc vebinara qoşulub, psixoloqlara suallar ünvanlanıb, psixoloqlar da  gəncləri daim pozitiv olmağa səsləyib və hər günlərinin bayram abu-havasında olmasını arzulayıblar. Beləcə vebinarlar yekunlaşıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?