ADPU-nun Quba Filialında filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisovun kitabının təqdimatı keçirilib.

13.02.2019
ADPU-nun Quba Filialında filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisovun kitabının təqdimatı keçirilib.

Filologiya elmləri üzrə fəlsəfə doktoru Qələmşah İdrisovun müəllifi olduğu “Toponimika” adlı kitabın təqdimatı keçirildi.

       13 dekabr 2019-cu il tarixində Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Quba filialında fakültə dekanı, Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi, şair ruhlu, filologiya elmləri üzrə fəlsəfə doktoru Qələmşah İdrisovun müəllifi olduğu “Toponimika” adlı kitabın təqdimatı keçirildi. Təqdimatda filialın direktoru dosent Yusif Alıyev, görkəmli və sevilən şair Ramiz Qusarçaylı, filialımızın əməkdaşları və tələbələrimiz iştirak etdi.

       Tədbirdə çıxış edən dosent Yusif Alıyev bildirdi ki, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisovun “Toponimika” adlı kitabı mövcud tədris proqramına uyğun mövzular, son toponimik tədqiqatlar əsasında tələbə-gənclərin maariflənməsi üçün toplanmışdır. 1993-cü ildən bu günə qədər filialda müəllim, metodist, kafedra müdiri, direktor müavini, dekan kimi müxtəlif vəzifələrdə çalışan Qələmşah İdrisov 10 elmi, 50-dən çox metodiki, publisistik məqalələrin, ayrı-ayrı tədqiqat sahələrini əks etdirən 7 kitabın (“Ürəyimi açıram”, “Qırağlı toponimləri və qıraqlılar”, “Azərbaycan dilində təsviri sənət terminləri”, “Xaçmaz toponimləri”, “Yurd sevgisi”,”Professor Qəzənfər Kazımov və Azərbaycan dilçiliyi”) müəlifidir. Bundan əlavə Qələmşah İdrisovun müxtəlif mövzularda yazdığı şeirlər də onun daxili aləminin zənginliyini, insan kimi səmimi və humanist biri olduğunu üzə çıxarır. Sonda dosent Yusif Alıyev tələbə gənclərə bildirdi ki, siz fəxr etməlisiniz ki, belə dəyərli ziyalılardan dərs alırsınız. Qələmşah İdrisovun və digər həmkarlarımızın bir ziyalı kimi uğuru əslində dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün filialda da bunun şahidi oluruq. Sonra Qələmşah İdrisova filial adından hədiyyə təqdim etdi.

         Daha sonra tədbirdə sevilən və dəyərli şairimiz, müasir Azərbaycan söz xəzinəsinin görkəmli nümayəndəsi Ramiz Qusarçaylı çıxış edərək sözün qüdrətindən, söz ustadlarının fəaliyyətindən, Qələmşah İdrisovun sözündəki, əsərlərindəki saflıqdan, səmimilikdən ətraflı bəhs etdi, sonda tədbir iştirakçılarının xüsusi istəyini nəzərə alaraq bir neçə şeirini də ( “Qurudub göndərmə bənövşələri”, “Vətən”) səsləndirdi. Daha sonra tədbirdə filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva çıxış edərək tələbə olduğu müddətdə Qələmşah İdrisovun bir müəllim kimi fəaliyyətini ön plana çəkdi, vurğuladı ki, Qələmşah İdrisov bir müəllim, ailə dəyərlərinə önəm verən azərbaycanlı, ziyalı alim, həmkar kimi dəyərli biridir və onun kimi bir insanın tələbəsi olduğu üçün fəxr edir.
     Tədbirdə çıxış edən filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedrasınn baş müəllimləri Nurbala Süleymanov, Şıxəmməd Seyidməmmədov, filialın əməkdaşı Nəhayət Şirinova onu da vurğuladılar ki, Qələmşah İdrisov elmi, ədəbi-publisistik yaradıcılığına görə “Qızıl Qələm” media və “Araz” ali ədəbi mükafatlarlna layiq görülüb. Əsası A.Bakıxanov tərəfindən qoyulmuş Qubada fəaliyyət göstərən “Gülüstün” elmi-ədəbi məclisinin fəal üzvüdür. Çıxışçılar həm də “Toponimika” əsərinin əhəmiyyətindən danışdılar, Qələmşah İdrisovla bağlı xatirələrini dilə gətirdilər.
       Sonra söz Qələmşah İdrisova təqdim olundu. Qələmşah İdrisov filialın rəhbəri dosent Yusif Alıyevə ona və onun elmi fəaliyyətinə göstərdiyi bu etimada görə dərin təşəkkürünü bildirdi, illərdir çalışdığı kollektivin fikirlərindən təsirləndiyini dilə gətirdi, kitabın ərsəyə gəlməsi yazılması, kitabda yer alan mövzularla ilə bağlı ətraflı məlumat verdi. Sonda isə iştirakçıların çoxsaylı xahişini nəzərə alaraq şeirlərini səsləndirdi. Tədbirdə həmçinin filialın tələbələri Ayşən Hüseynova, Ləman Ələsgərova, Azər Zahirov, çıxış etdilər, Qələmşah İdrisovun şeirlərini səsləndirdilər.
         Tədbir çay süfrəsi arxasında davam etdirildi.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?