Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib

14.07.2023
Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib

İyulun 14-də ADPU-nun Quba filialında Elmi Şuranın Yaz semestrinin imtahan sessiyasının nəticələri, tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı iclası keçirildi. Elmi Şuranın iclasında giriş sözü ilə çıxış edən Sədr, filialın direktoru, dos.Yusif Alıyev qeyd edib ki, bu Elmi Şuranın 2022/2023-cü tədris ilində keçirilən son iclasıdır. Əvvəlcə çıxış edən dos.Y.Aliyev 14 iyul tarixi haqqında, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 54-cü ili ilə bağlı məlumat verib, iyul ayı ərzində Filialda keçiriləcək Ulu öndərin 100 illik yubileyinə həsr edilən mötəbər tədbirlər, konfranslar və möhtəşəm Yay məktəbi haqqında danışıb, kollektivin birgə səyi ilə birlikdə bütün bu qarşıda duran böyük və məsuliyyətli vəzifələrin öhdəsindən gələ biləcəyinə inandığını deyib.

Daha sonra gündəlikdə duran birinci məsələ- 2022/2023-cü tədris ilinin yaz imtahan sessiyasının hesabatı haqqında İmtahan qərargahının sədri P.Rzayeva çıxış edərək fakültələr üzrə nəticələrin ətraflı təhlilini verib, Yaz semestr imtahanlarının nəticələrinə aid slaydlar və imtahan prosesini əks etdirən videoçarx nümayiş etdirib.

Sonra Apellyasiya Komissiyasının hesabatını komissiyanın sədri p.f.d.A.Şeydayeva, Buraxılış Yekun Dövlət Attestasiyasının nəticələri haqqında Tədris şöbəsinin müdiri M.Bağırova, İKT şöbəsinin hesabatını şöbə müdiri Y.Abayev təqdim edib. Hesabatlar qənaətbəxş hesab edilib.

Sonda cari məsələlər müzakirə edilib, filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin Təbiət elmləri kafedrasının müdiri v.m.i.e.dosent Güləddin Həmzəyev Filialın ictimai həyatında fəal iştirakına, gənc nəslin təlim tərbiyəsindəki xidmətlərinə görə və 70 illik yubileyi münasibətilə Elmi Şuranın qərarı ilə Fəxri fərman təqdim edilib.

Elmi Şuranın sonunda xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?