ADPU-nun Quba filialının müəllimi Yusif Abayev Beynlxalq elmi-praktiki konfransada məruzə ilə çixiş edib.

28.02.2019
ADPU-nun Quba filialının müəllimi Yusif Abayev Beynlxalq elmi-praktiki konfransada məruzə ilə çixiş edib.

29 noyabr 2019-cu ildə Bakı Mühəndislik Unveristetində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Mühəndislik Unveristeti birgə Beynlxalq elmi-praktiki konfrans keşirib.

      “Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu: Hədəflər və Prespektivlər mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda ADPU-nun Quba filialının müəllimi Yusif Abayev iştirak edib. Konfransın bölmələr üzrə plenar iclasında “İnnovativ Texnologiyaların regionların iqtisadi inkişafına təsir imkanları” mövzusunda çixiş edib. Məruzədə son dövürlər dövlət tərəfində mərhələli şəkildə icra olunan dövlət proqramları nəticəsində regionların iqtisadi inkişafına müsbət dəyişikliklərin əldə olunduğunu, dayanıqlı və davamlı iqtisad sistemin formalaşdığını vurğulayıb. İnnovativ texnologiyaları regionların iqtisadiyyatına tətbiq etməklə regionlarda rəqabətə davamlı istehsal formalaşmaqla keyfiyyətli istehlak məhsuları istehsal olunacaq, əhali gəlirləri artacaq, əhalinin məşquliyyət səviyyə yüksələcək. Dövlət səviyyəsində uçbucaq şəkilində bir-biri ilə əlaqəli inkişafda olan dövlət – istehsal müəssisəsi – təhsil ocaqları kimi bir üçlük əsasında innovatorluğu dövlətin prioritet sahələrindən birinə çevirmək mümkünlüyün qeyd edib.

       Sonda məruzəçiyə sertifikat təqdim olunmuşdur.

  • Mənbə: ADPU-nun Quba filialının ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Sərxan Ağası
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?