ADPU-nun Quba Filialında bayram əhval ruhiyyəli “Əsrlərin yadigarı Ana dilim “adll tədbir keçirilib.
Fevralın 20-də ADPU-nun Quba filialında 21 Fevral Ana dili günü ilə əlaqədar “Əsrlərin yadigarı Ana dilim” adlı tədbir keçirildi. Konfransı Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gulsən Ağabəy açıq elan etdi, sözü filialın direktoru dosent Yusif Aliyevə verdi. Dosent Yusif Alıyev Azərbaycan dilinin tarixi inkişafı, günümüzdə dilimizdən istifadə, dilimizin gözəlliyi, ahəngdarlığı haqqında ətraflı məlumat verib.Tələbə-gənclərə dilimizin saflığını qorumağı, hər zaman öz ana dilimizdə danışmağı tövsiyə edib.
Konfransda həmçinin Turizm və Menecment Universitetinin dosenti Ağaverdi Xəlilov “Müstəqil dövründə Azərbaycan dilinin inkişafı” adlı məruzə ilə çıxış etdi.
Daha sonra konfransda dəyərli Qubalı şair, bütün gənclərin sevimli müasiri, Vətən sevgisində öz vətənpərvərliyini əks etdirən Ramiz Qusarçaylı, qocaman və təcrübəli ziyalımız, tədqiqatçı əsərləri ilə tanınan Şükür Baxışov, Ədəbiyyat və dillər kafedrasının müəllimi Günəş Xudayarova çıxış etdilər. Tədbirdə Azərbaycan dili və ədəbiyyatı müəllimiliyi ixtisasının IV tədris ili tələbələri Elxan Xəlilov və Murad Məmmədov C.Məmmədquluzadənin “Abrazovonlular” adlı felyetonunu səhləsdirmişdilər. Tədbirdə III tədris ili tələbəsi Seydayeva Xumar Tofiq Bayramın “Ana dili” və IV tədris ili tələbəsi B. Vahabzadənin “Ana dili” şeirini ifa etdilər. Tədbirin sonunda IV tədris ili tələbələri İsrafil Qayıbov, Murad Məmmədov, Elxan Xəlilov və Rauf Qəhrəmanlinin ifasında “Şirin dil” musiqisı ifa olundu.
- Mənbə: ADPU Quba filialının ictimaiyyətlə əlaqələr şöbəsi
- Müəllif: Yusif Abayev