“Fövqəladə hallarda nə etməli? ”

05.03.2023
“Fövqəladə hallarda nə etməli? ”
ADPU-nun Quba filialında əhalinin fövqəladə hallar zamanı davranış qaydaları haqqında maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 1 Mart Beynəlxalq Mülki Müdafiə Gününə həsr edilən əhalinin fövqəladə hallar zamanı davranış qaydaları haqqında maarifləndirilmə məqsədilə “Fövqəladə hallarda nə etməli? ” adlı tədbir keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin əməkdaşları, Operativ məlumat şöbəsinin rəisi, kapitan Mərdan Mərdanlı, Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, baş leytenant Elvin Həmzəyev, ADPU-nun Quba Filialının əməkdaşları- Hikmət Musayev, Telman Dadaşov, filialın müəllim və tələbələri iştirak ediblər.
Tədbirdə iştirakçılara maarifləndirici videoçarxlar nümayiş olunub, əhalinin fövqəladə hallar zamanı davranış qaydaları izah edilib və mövzu ətrafında iştirakçıları maraqlandıran suallara cavab veriilib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?