ADPU-nun Quba filialında “Əhalinin fövqaladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib

14.04.2023
ADPU-nun Quba filialında “Əhalinin fövqaladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib

Fövqaladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin hazırlıq planına əsasən 23 aprel 2023-cü il tarixində ADPU Quba filialında “Əhalinin fövqaladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilmişdir.

Tədbirdə Şimal Regional Mərkəzin əməkdaşları: baş zabit, kapitan Ramazan Ramazanov,

baş zabit(mühəndis), baş leytenant Üzeyir Qasimov, ADPU Quba filialının Tədris və elmi işlər üzrə direktor müavini t.f.d. İsmayıl Mahmudov, “Riyaziyyat və təbiət elmləri fakültəsinin” dekan müavini Nübar Bayramova, fakültə əməkdaşı Nəhayət Şirinova, Təbiət elmləri kafedrasının müəllimi Çingiz Apayev və laborantı Samirə Hacıyeva, filialın tələbə kontingenti iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov açaraq qonaqları salamladı və dərsin gedişatına uğurlar arzuladı.

Daha sonra baş zabit, kapitan Ramazan Ramazanov çıxış edərək estafeti nümunəvi dərsi icra etmək üçün baş zabit(mühəndis) leytenant Üzeyir Qasımova təqdim etdi.

Nəzəri və praktiki məlumatlar vidyo-çarxlarla təqdimat olundu.

Dərs tələbələrin maragına səbəb oldu və sonda tələbələrin sualları cavablandırıldı.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?