Quba filialında “Milli varlığımızın ifadəsi Ana dilimizdir” adlı tədbir keçirilib

21.02.2024
Quba filialında “Milli varlığımızın ifadəsi Ana dilimizdir” adlı tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 21 Fevral Beynəlxalq Ana dili Gününə həsr edilmiş “Milli varlığımızın ifadəsi Ana dilimizdir” adlı tədbir filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dos.Gülşən Ağabəyin təşəbbüsü və kafedranın müəllimi Elnurə Şirinovanın moderatorluğu ilə keçirilib.

Tədbirdə Filialın direktor müavini p.f d A.Şeydayeva, Ədəbiyyat və dillər kafedrasının müəllimləri Xudyar Daşdəmirov, b/m Eyvaz Şeydayev, ADPU-nun Quba filialının AZD ixtisasının 2020-ci il məzunu, İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta məktəbinin müəllimi Hüryət Qədirova, ADPU-nun Quba filialının AZD ixtisasının 2021-ci il məzunu, Amsarqışlaq kənd tam orta məktəbinin müəllimi Gövhər Səfərova çıxış edib, Quba şəhər 6 saylı tam orta məktəbin şagirdi Aysun Əliyeva və Quba rayon Əlibəyqışlaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Aysun Xudaverdiyeva Ana dilimizə aid şeirlər səsləndiriblər.

Tədbirin sonunda bir qrup fəal iştirakçı filialın direktoru dosent Yusif Alıyevin əmri ilə Təşəkkürnamə ilə təltif edilib və xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?