Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialı Tələbə Həmkarlar İttifaqı Komutəsi

Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialı  Tələbə Həmkarlar İttifaqı Komutəsi

Azərbaycan Dövlət Pedaqoyi Universiteti Quba filialı Tələbə Həmkarlar İttifaqı Komutəsi  universitet daxilində  2017 ci ildən fəaliyyət göstərən  bütün tələbə kollektivini özündə birləşdirən içtimai təşkilatdır. Tələbə Həmkarlar İtiifaqı Komutəsinin tərkibi 1 sədr 2 müavin  12 komutə uzvü  və 6 fakultə sədrindən  ibarətdir.Hazırda təşkilat  universitetdə təhsil alan 845  tələbəni tərkibində birləşdirir. Tələbə Həmkarlar İttifaqı Komutəsi olaraq fəaliyyətinin əsas istiqamətlərini universitetdə təhsil alan tələbələrin sosial , iqtisadi ,əmək , təhsil hüquqlarının , qanuni mənafelərinin müdafiəsi, ittifaq üzvlərinin təqad təminatlarının , saglamlıqlarının qaygisina qalmaq , asudə vaxtın səmərəli təşkili , mədəni kütləvi tədbirlərin təşkili kimi prorititet məsələlər təşkil edir. Tələbə Həmkarlar İttifaqı Komutəsi tələbələrin hüquqlarını qoruyan yeganə təşkilatdır.Təşkilat tələbələrin şəxsi inkişafına dəstək məqsədi ilə onları könüllülük fəaliyyətinə və inkişaf etdirici  təlim proqramlarına cəlb edir.Tələbə Həmkarlar İttifaqı Komutəsi universitet tələbələrini içtimai işlərə cəlb edərək onlarda siyasi ,sosial bilik və bacarıqların ,liderlik keyfiyyətlərinin , kollektivdə işləmək kimi bacarıqların  formalaşmasında böyük rol oynayır.Bundan başqa təşkilat tələbələrin sosial problemlərinin həllində, yataqxana ilə təmin olunmalarında, ehtiyacı olan tələbələrə  maddi yardımların  göstərilməsində, istedadlı tələbələrin üzə çıxarılmasında, elmi içtimai  fəaliyyəti ilə fərqlənən tələbələrin mükafatlandırılmasında yaxından iştirak edir.

Azərbayacan Dövlət Pedaqoji Universitetinin Quba filialının iki tələbəsi Tələbə Həmkarlar İttifaqının tərkibində  fəal içtimai fəaliyyətinə və təhsildə keyfiyyət  göstəricilərinə görə  Azad Həmkarlar İttifaqı Respublika Komutəsinin adlı təqaüdünə layıq görülmüşdür.Tələbə Həmkar İttifaqı Təşkilatı  Universitetdə fəaliyyət göstərən klublar, özfaliyyət dərnəkləri və qruplar ilə birlikdə tələbələrin asudə vaxtlarının  səmərəli keçirilməsinə, onlarda mədəni , mənəvi dəyərlərin aşılanmasına  xidmət edən tədbirlərin təşkil edilməsində yaxından  iştirak edir.Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin əsas prinsipləri aşagdakilardır.

  • Tələbələrdə vətənpərvərlik ruhunun formalaşdırılması
  • Tələbələrə maddi mənəvi sosial dəstək
  • Tələbələrin elmə və biliyə olan maragını artırmaq
  • Tələbələrin bilik və bacarıqlarının üzə çıxarılması

Hazırda ADPU Quba filialında Tələbə Həmkarlar İttifaqı Komutəsinə Aygün Şixbabayeva sədirlik edir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?