ADPU-nun Quba filialında 12 Noyabr – Konstitusiya Günü ilə bağlı tədbir keçirilib

08.11.2023
ADPU-nun Quba filialında 12 Noyabr – Konstitusiya Günü ilə bağlı tədbir keçirilib

ADPU-nun Quba filialında 12 Noyabr – Konstitusiya Günü ilə bağlı ,,Ulu öndər Heydər Əliyev: konstitusiya, demokratiya və insan hüququndan etik dəyərlərə doğru,, mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbirdə Filialın Tədris şöbəsinin müdiri Mələk Bağırova, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı Nübar Bayramova, MQT ixtisasının III tədris ili tələbəsi Nərmin İskəndərova çıxış edib, Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbəsi Mətanət Mustafayeva şeir səsləndirib.

Daha sonra tədbir İDRAK Diskussiya klubunun fəal üzvlərinin iştirakı ilə sual – cavab formatında davam edib, təhsilverənlərin və təhsilalanların hüquq və vəzifələri haqqında təlimat və qaydalarla tələbələr məlumatlandırılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?