ADPU-nun Quba filialında Yaz imtahan sessiyası ilə bağlı Apellyasiya komissiyası yaradılmışdır.

15.06.2023
ADPU-nun Quba filialında Yaz imtahan sessiyası ilə bağlı Apellyasiya komissiyası yaradılmışdır.

ADPU-nun Quba filialı üzrə 2022/ 2023 – cü tədris ilinin Yaz imtahan sessiyasının gedişində yarana biləcək münaqişəli məsələlərin, şikayətlərin operativ və obyektiv həll edilməsini təmin etmək məqsədi ilə Apellyasiya komissiyası yaradılmışdır.

Yaz imtahan sessiyası müddətində İmtahan nəticələrindən narazı tələbələrin ərizələrinə operativ baxılması Apellyasiya komissiyası tərəfindən təmin edilir.

Ərizələrin qəbulu 02.06.2023 – cü il tarixindən başlanaraq, 07.07.2023 – cü il tarixinə kimi həyata keçiriləcəkdir. Apellyasiya komissiyasının müraciətlərə baxılması göstərilən tarixlərdə həftənin 1-5-ci günləri, saat 10:00-dan 17:00-a aparılır. Apellyasiya Komissiyasına müraciət edən tələbə şikayətini tam əsaslandırmalıdır.

Apellyasiya şikayəti verilmiş fənnin imtahanını qəbul edən müəllim, həmin fənn üzrə imtahanda iştirak edəcək başqa müəllim, ərizə təqdim edən tələbə əvvəlcədən məlumatlandırılır.

Apellyasiyanın nəticəsi sədrin, 6 nəfər üzvün və dəvət edilmiş müəllimlərin səsverməsi nəticəsində tələbə cavab verdikdən sonra dərhal elan olunur. Apellyasiya prosesi zamanı tələbələr prosesə öncədən bildirilən saatda dəvət olunurlar.

Apellyasiya baxışı zamanı tələbənin bal artımı iddiasının əksinə olaraq, onun cavabına müvafiq olaraq fənn üzrə aldığı imtahan balından azalma da mümkündür.

Apellyasiya keçiriləcəyi günlərdə tərtib edilmiş qrafik üzrə Apellyasiya komissiyasının üzvlərinin, müəllim və tələbələrin iştirakının təmin edilməsi və onların iştirakına bilavasitə məsuliyyət Apellyasiya komissiyasının sədrinə həvalə edilir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?