ADPU-nun Quba Filialında “Məktəbəqədər Günü” adlı tədbir keçirilib

26.04.2023
ADPU-nun Quba Filialında “Məktəbəqədər Günü” adlı tədbir keçirilib

ədbir zamanı ixtisasın tələbələrinin təqdimatında qeyd olunub ki, Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.

Göstərilən təqdimatlar, rəqslər, rollu oyunlar, tamaşalar, sərgilər bir daha onu təsdiq edib ki, Filialda kadr hazırlığı üçün lazımı şərait vardır və bu da tələbələrin təqdimatlarında özünü açıq aşkar biruzə verir.

Tədbirdə çıxış edən Filialın direktoru f.e.d.Yusif Alıyev də bu gün gənclərin timsalında çox istedadlı bir kadr potensialının yetişdiyini diqqətə çatdırıb, qeyd edib ki, Məktəbəqədər təhsil həm də uşaqların sosial-emosional bacarıqlarının inkişafına müsbət təsir edir.

Daha sonra tədbirdə filialın direktor müavini p.f.d. A.Şeydayeva, ixtisasın tyutoru Nigar Mikayılova, müəllimlər Vüsalə Kərimova, k.f.d.Səmədağa Surxayev, Quba rayonu Alekseyevka kənd 14 saylı baxçanın müdiri Günel Əliyeva da çıxışlarında gənclərə uğurlar arzu edib, bu günki gün onların istedadlarına şahidlik etdiklərini vurğulayıblar.

Tədbir Şəhid kapitan Aqil Məlikovun Vətənə əmanət yadigarı Süleymanın rəqsi ilə yekunlaşıb.

Sonda tədbirin təşkilatçılığında fərqlənən əməkdaşlar, tələbələr, qruplar Filialın direktoru tərəfindən təltif edilib, simvolik tort kəsilib, xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?