Qonaqlar “Soyqırımı Memorial Kompleksi”ni və Şəhidlər xiyabanını ziyarət ediblər.

06.05.2024
Qonaqlar “Soyqırımı Memorial Kompleksi”ni və Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının direktoru dos.Yusif Alıyev, Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru prof.Abduqappor Qırğızbəyov, Özbəkistan- Azərbaycan dostluq cəmiyyətinin icraçı direktoru prof.Erkin Nuriddinov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Vüqar Mirzəyev Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni və Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarətçilərə Quba Soyqırımı Memorial Kompleksində Erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımların həyata keçirilməsindən danışılmış, 1918-ci ildə törədimiş soyqırımı zamanı 50 mindən çox günahsız sakinin qətlə yetirildiyi bildirilmişdir.

Sonda ziyarətçilərə soyqırımı həqiqətlərini özündə əks etdirən bukletlər təqdim olunub.

Daha sonra Quba Şəhidlər Xiyabanını ziyarət edən qonaqlar müqəddəs şəhid məzarları üzərinə qərənfillər düzüb, ruhlarına Allahdan rəhmət diləyiblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?