Noyabrın 23-də Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) Biznes fakültəsinin professoru Çağatay Pişkin və “ADA” Universitetinin bakalavr proqramları üzrə kuratoru Elşad Göyüşov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba F
Görüş zamanı professor Çağatay Pişkin “ADA” Universitetinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları Universitetinin əsasında yaradılmasından və hazırki fəaliyyətindən ətraflı danışıb.
Görüşdə çıxış edən Elşad Göyüşov “ADA” Universitetində təhsil, tədris olunan ixtisasların təbliği, eləcə də qəbul şərtləri, tələbə həyatı, güzəştli təhsil haqqında məlumat verib, “ADA” universitetinin əsas məqsədinin diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaq olduğunu vurğulayıb və tələbə-gəncləri bu universitetdə magistr hazırlığı proqramına qoşulmağa səsləyib.
Sonda tələbə-gəncləri maraqlandıran suallar cavablandırılıb.
- Mənbə: ADPU Quba filialı
- Müəllif: Yusif Abayev