ADPU-nun Quba filialında plana uyğun olarq növbəti dəfə Doktorant və Gənc Tədqiqatçılar Şurasının üzvləri ilə görüş keçirilib

16.02.2022
ADPU-nun Quba filialında plana uyğun olarq  növbəti  dəfə Doktorant və Gənc Tədqiqatçılar Şurasının üzvləri ilə görüş keçirilib

15 fevral 2022-ci il tarixində ADPU-nun Quba filialında Azərbaycan Respublikası Təhsil İnstitutunun şöbə müdiri Elxan Nəcəfovla professor-müəllim heyəti və filialın Doktorant və Gənc Tədqiqatçılar Şurasının üzvləri ilə görüş keçirilmişdir.

Görüşü giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev tədbir iştirakçılarını salamlayaraq filialda qazanılmış uğurlar barədə məlumat vermişdir. Təhsilin cəmiyyətimiz üçün vacibliyini qeyd edərək, bu sahədə filialda görülən və görüləcək işlər barədə də danışaraq daha ətraflı məlumat üçün sözü Elxan Nəcəfova vermişdir.

Elxan Nəcəfov da öz növbəsində tədbirdə iştirak edən hər bir kəsi salamlayaraq, təhsildə əldə edilən uğurlardan, tədrisin keyfiyyətindən və Azərbaycan Respublikası Təhsil İnstitutunun həyata keçirdiyi layihələrdən geniş bəhs edərək ARTİ ilə ADPU-nun Quba filialı arasındada da yeni əlaqələrin qurulmasının gələcək əməkdaşlığa böyük töhfələr verəcəyini bildirdi.

Tədbir daha sonra əməkdaşların sorğu-sualları ilə davam etmişdir. E.Nəcəfov hər bir sualı ətraflı formada cavablandıraraq, görüşün çox maraqlı keçməsinə səbəb olmuşdur. Tədbirdə iştirak edən müəllimlər belə görüşlərin təşkil edilməsinin vacibliyini qeyd edərək təhsildə baş verən müasir yeniliklər və dəyişikliklər fonunda daha çevik uyğunlaşmaların olacağına inadıqlarını ifadə etdilər.

Dosent Y.Alıyev göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikası Təhsil İnstitutunun rəhbərliyinə, şəxsən direktor Rüfət Əzizova ADPU-nun Quba filialının kollektivi adından təşəkkür və salamlarını söyləməyi E.Nəcəfovdan xahiş etdi.

Sonda E.Nəcəfov səmimi münasibətə, isti qarşılanmaya, maraqlı diskussiyalara görə ADPU-nun Quba filialının kollektivinə və şəxsən direktor dosent Yusif Alıyevə dərin minnətdarlığını bildirdi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?