Quba filialında “Sevməyi seç” adlı tədbir keçirilib

08.05.2024
Quba filialında “Sevməyi seç” adlı tədbir keçirilib

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 8 fevral 2024-cü ildə cəmiyyətin rifahı naminə sosial proqramların keçirilməsini nəzərdə tutan iş planını təsdiq etmişdir. “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-ci ilə dair İş Planı”nın icrası narkotik asılılığı olan şəxslərə tibbi və psixoloji yardımın, reabilitasiya mərkəzlərinə cəlb olunması üzrə mənəvi və maarifləndirici dəstəyin genişləndirilməsini nəzərdə tutur.

Narkotikaya qarşı mübarizə, narkotik maddələrin qanunsuz istifadəsi, yayılması və alverinə qarşı aparılan çoxşaxəli bir mübarizədir. Bu dövlət, cəmiyyət və beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq tələb edir. Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti 7 may 2024-cü il tarixində “Narkomaniya və onun fəsadları” adlı tədbirlə bu əməkdaşlığa imza atdılar. May 7-də Təhsil İnstitutunun əməkdaşı psixologiya ü.f.d. B.Bəylərova-Ələkbərova “Sevməyi seç” adlı mövzu əsasında tələbələrə Sevməyi SEÇ, özünü kəşf et, tanı – beynimizdə nə baş verir?; Yeniyetmə yaş dövrünün psixoloji və fizioloji xüsusiyyətləri; Tərbiyə edildiyimiz üslubun həyatımızdakı rolu?; Yeniyetmənin tərbiyəsində valideyn və yeniyetmə arasında qarşılıqlı əlaqə: Emosional rədd; Emosional laqeydlik; Avtoritar nəzarət; Şərtsiz müdaxilə; Valideyn davranışının növləri: Hipoproteksiya, Dominant hiperproteksiya, Şərti hiperproteksiya; Mənəvi rədd, Mənəvi məsuliyyəti artırmaq; Asılılıq nədir? Asılılığın psixoloji aspektləri və asılılığı yaradan səbəblər hansılardır?; Fərdi inkişaf üçün kitab tövsiyyələri və narkomaniyanın zərərləri, fəsadları, iradənin və əzmin köməyi ilə bu bəladan xilas olmağın mümkünlüyü haqqında prezentasiya təqdim etdilər. Azərbaycan Respublikası Təhsil İnstitutunun 2022-ci ildə apardığı “Ümumtəhsil müəssisələrində anti-narkotik dünyagörüşünün formalaşdırılması üzrə mövcud vəziyyətin öyrənilməsi” adlı tədqiqatın nəticələrinə əsas məqamlar gənclərin diqqətinə çatdırıldı, müzakirələr aparıldı.

Tədbirin təşkilində Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru fizika e.d., dosent Y.Alıyevə, Humanitar və sosial elmlər fakültəsinin dekan vəzifəsini müvəqqəti icra edən b/m M.Əliyevə, Məktəbəqədər ixtisas üzrə III kurs tələbəsi N.İskəndərovaya göstərdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkür edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?