Bu gün, 7 yanvar 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2023/2024-cü tədris ilinin qış semestrinin payız imtahan sessiyasına start verilib. İmtahan 02 fevral 2024-cü il tarixə kimi davam edəcək. İmtahan prosessində 45 qrup üzrə 1083 tələbə 202 fənn üzrə 261 imtahanda iştirak edəcək
Qeyd edək ki, filialın direktoru fizika elmləri doktoru Yusif Alıyevin tapşırığına əsasən imtahanların obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün bütün hazırlıq işləri görülüb.
İmtahan sessiyasının mövcud tələblərə uyğun, o cümlədən imtahan cədvəlləri üzrə müəyyən edilmış qaydada keçirilməsinə nəzarət etmək və imtahanlarla bağlı digər çatışmazlıqları operativ şəkildə təmin etmək məqsədilə İmtahan Qərargahı yaradılıb.
İmtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsindəki şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə həmçinin Apellyasiya Komissiyası yaradılıb.
İmtahan prosesinin operativ və şəffaf keçirilməsi məqsədilə nəzarətçi heyəti imtahan prosesinə cəlb edilib.
İmtahanlarda bütün tələbələrə uğurlar arzu edirik.