Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Əbədi qəhrəmanlar” adlı ağacəkmə aksiyası keçirilib

03.11.2023
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Əbədi qəhrəmanlar” adlı ağacəkmə aksiyası keçirilib

03 noyabr 2023-cu il tarixdə ADPU Quba filialında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 8 Noyabr – Zəfər gününün təntənəli şəkildə qeyd edilməsi məqsədilə təşkil olunan “Yaşasın Azərbaycan” layihəsi çərçivəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsinə “Əbədi qəhrəmanlar” adlı ağacəkmə aksiyası keçirilib.

Aksiyada Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, ADPU Quba filialının direktoru dosent Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Arif Nəbiyev, Vətən müharibəsi şəhidi, kapitan Aqil Məlikovun övladları Xədicə və Süleyman, həyat yoldaşı Günel Məlikova, qazilər, müəllimlər, tələbə-gənclər və könüllülər iştirak ediblər.

Aksiya iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsini anıb, sonra şəhidlərimiz Aqil Məlikov, Surxay Mehdiyev, Nuran Mirzəyev və Şahin Allahyarovun xatirəsini əbədiləşdirmək üçün adlarına ağac əkmişlər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?