ADPU-nun Quba filialında Pedaqoji internaturanın başlanğıc konfransı keçirilib

16.02.2024
ADPU-nun Quba filialında Pedaqoji internaturanın başlanğıc konfransı keçirilib

16 fevral 2024-cü il tarixində ADPU-nun Quba filialının Akt zalında Pedaqoji internaturanın başlanğıc konfransı keçirilib

Konfransda filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev, filialın professor və müəllim kollektivi, pedaqoji təcrübəyə buraxılacaq tələbələr iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açıq elan edən filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev əvvəlcə tələbələri müəllim hazırlığının yekun mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edib, onları bu müddətdə filialda təcrübəli professor və müəllimlərdən əldə etdikləri bilikləri tətbiq etmək üçün daha məsuliyyətli olmağa dəvət edib.

Konfrans Filialın Tədris şöbəsinin müdiri Mələk Bağırovanın moderatorluğu ilə davam edib.

Sonra konfransda çıxış edən Təcrübə üzrə rəhbər Şəhla Mədətova qeyd edib ki, Bu il Quba şəhərinin 1, 2, 4 nömrəli orta məktəbləri, FRİTL, 1 və 2 nömrəli körpələr evi-uşaq bağçalarına tələbələrin təhkim olunaraq pedaqoji təcrübə keçmələri ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə ikitərəfli müqavilə bağlanılıb. Təcrübəyə gedən tələbələr filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Tarix coğrafiya müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təhsil”, “Təhsildə sosial psixoloji xidmət” ixtisasından olmaqla yarımqruplara bölünərək adı çəkilən müəssisələrə göndəriliblər.

Sonda tələbələr metodist və yarımqrup rəhbərləri ilə birlikdə məktəblərə yola düşüblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?