Elmi tədqiqata meyilli tələbələrin nəzərinə: Konfransa tezislər qəbul olunur

Elmi tədqiqata meyilli tələbələrin nəzərinə: Konfransa tezislər qəbul olunur

5-16 May 2021-ci il tarixlərində Azərbaycan Dillər Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Heydər Əliyev və Şanlı Azərbaycan ” adlı respublika tələbə-şagird elmi konfransı keçiriləcək.

 Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaq:

-Beynəlxalq münasibətlərdə müasir siyasi proseslər;

-Regionşünaslığın aktual problemləri;

-Xarici dillərin qloballaşan dünyada əhəmiyyəti;

-Ədəbiyyat və mədəniyyət;

-Ənənəvi və onlayn təhsilin aktual problemləri.

Konfransın işçi dilləri:

Azərbaycan,İngilis,Rus,Alman,Fransız

Tezislərin qəbulu üçün son tarix 15 aprel, qəbul edilən tezislər haqqında məlumatın verilməsi üçün son tarix 5 may, konfransın açılış mərasimi və bölmə iclasları üçün 15 may, konfransın bağlanış mərasimi üçün isə 16 may 2021-ci il tarixləri nəzərdə tutulub.

Tezislərin tərtibi üçün aşağıdakı tələblər nəzərdə tutulub:

-Müəllifin adı, soyadı – 10 pt, (səhifənin yuxarısında sağda);

-Təhsil aldığı müəssisənin (universitet və ya məktəbin),fakültənin,qrupun (və ya sinfin) adı

-10 pt, (səhifənin yuxarısında sağda);

-Elmi rəhbərin adı ,soyadı və dərəcəsi – 10 pt, kursiv, (səhifənin yuxarısında sağda);

-Tezislərin adı – 12 pt, böyük hərflərlə, ortadan (bolt);

-Tezislərin həcmi– ümumi 1səhifə (ədəbiyyat siyahısı istisna), format–A4;

-Tezislər Times New Roman, 12 pt ilə, 1,15 intervalla yığılır;

-Kənarlar: yuxarıdan – 2 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;

-Tezis qısa giriş və nəticə daxil etməlidir;

-Ədəbiyyat siyahısı əlifba sırası ilə düzülür.

-Plaqiata icazə yoxdur

-Tezislər Word formatda yığılıb, whatsapp olan mobil nömrə və teams logini göstərilməklə (konfransın linki wp vasitəsilə göndəriləcək) məktub kimi elektron variantda tec@adu.edu.az ünvanına göndərilməlidir.

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən tezislər qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək.

Konfransın materialları toplu şəklində nəşr ediləcək. Topluya yalnız konfransda əyani formada iştirak edib, çıxış edənlərin tezisləri daxil olacaq. Bütün çıxış edənlər sertifikat ilə təltif olunacaqlar.

Qeyd edək ki, konfrans pandemiyaya görə, onlayn formada Teams platformasında (mümkün alternativ platforma Zoom) keçiriləcək.

Tezis nümunələri və digər əlavə məlumatlar üçün linkə daxil ola bilərsiniz

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?