ADPU-nun Quba filialında “Azadlıq fövqündə: istiqlal şairi Məmməd Araz – 90” adlı tədbir keçirilib

15.12.2023
ADPU-nun Quba filialında “Azadlıq fövqündə: istiqlal şairi Məmməd Araz – 90” adlı tədbir keçirilib

Filialın Ədəbiyyat və dillər kafedrasının müdiri v.m.i.e.dosent Gülşən Ağabəyin təşkilatçılığı və Humanitar sosial elmlər fakültəsinin AZD 2001B və 2002B qruplarının iştirakı ilə keçirilən tədbirdə kafedranın baş müəllimləri E.Şeydayev, E.Babayeva, p.f.d.A.Şeydayeva, N.Allahverdiyeva, laborant A.Dadaşova iştirak edib, tədbirin yüksək səviyyədə təşkili münasibətilə dos.G.Ağabəyə və tələbələrə təşəkkür ediblər.

Tədbiri açıq elan edən dos.G.Ağabəy qeyd edib ki,vətəni daş kimi, yosunca sevmənin nəğməsini yaradan Məmməd Araz bu nəğmənin sözlərini də məhz bal-şəkər ana dilində yazıb. Bildirib ki, hər bir ədəbiyyatı sevən müəllim Məmməd Araz yaradıcılığını qeyd etməlidir, buna görə də o özü də bir müəllim kimi M.Arazın 70 və 80 illik yubileylərini də bu filialda tələbə – gənclərlə qeyd edib.Çünki onun şeirlərində Azərbaycan dili, sözün əsl mənasında, hünərdir. Azərbaycançılığı bütün ruhu ilə ifadə edən Xalq şairi Məmməd Araz ana dilinin bütün poetik qüdrəti ilə yaratdığı əsərləri ilə vətən sevgisinin qüdrətini dilə gətirib. Bu mənada, Məmməd Arazın yaradıcılığında sözlər sanki böyük bir yükü daşıyan incə, zərif bir kərpic kimi dəqiq yerləşib. Şairin yaradıcılığında sözlərin dəqiq istifadəsinə o qədər əməl var ki, sanki Azərbaycan dilinin ən səlis nümunəsi yaradılıb.

Tədbirdə həmçinin Məmməd Arazın şeirləri səsləndirilib, şeirlərinə bəstələnən musiqilər ifa edilib, onun haqqında olan xatirələr dilə gətirilib, kitabları nümayiş olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?