Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Elmi Şurasının iclası keçirilib.

16.02.2024
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Elmi Şurasının iclası keçirilib.

Elmi Şuranın sədri, ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev Elmi Şuranın iclasını giriş sözü ilə açaraq iclas iştirakçılarını salamladı.

Sonra gündəlikdə duran birinci məsələ “2023-2024 -cü tədris ilinin payız imtahan sesiyasının nəticələri haqında” hesabat ilə İmtahan qərargahının sədri Yusif Abayev çıxış edərək sessiya haqqında ətraflı məlumat verdi. O, eyni zamanda qeyd etdi ki, imtahan sessiyası 07.01.2024-ci il tarixdən 01.02.2024-ci il tarixədək keçirilmişdir və ümumilikdə 20 iş gününü əhatə etmişdir. Hər gün imtahan qabaqcadan hazırlanmış cədvələ uyğun olaraq təşkil olunmuşdur. İmtahan prosessin zamanı minimum 9, maksimum 17 imtahan keçirilmişdir. Hər imtahan günündən bir gün öncə bütün imatahan otaqları qaydalara uyğun təmin olunmuşdur. Hər imtahan günündən bir gün öncə bütün qruplara web-WhatsApp üzərindən imtahan otaqları haqqında məlumatlar verilmişdir. İmtahanlar I növbə 9:00, II növbə 14:00 da başlamaqla 2 növbədə təşkil edilmişdir. Ümumilikdə, filialın əyani təhsilalma formasının 11 ixtisası üzrə 45 qrupda təhsil alan 1104 nəfər tələbənin, 202 fənn üzrə 261 imtahan keçirilmişdir

Növbəti hesabat Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı üzrə 2023/2024 –cü tədris ilinin Payız imtahan sessiyası üzrə Apellyasiya komissiyasının hesabatı oldu.

Hesabatı Apellyasiya komissiyasının sədri Nübar Bayramova təqdim etdi.O, hesabatında qeyd etdi ki , imtahan nəticələrindən narazı tələbələrin ərizələrinə operativ baxılmasıni Apellyasiya komissiyasının üzvləri tərəfindən təmin edilmişdir.Ərizələrin qəbulu 08.01.2024-cü il tarixindən 05.02.2024-cü il tarixinə kimi həyata keçirilmişdir. Apellyasiya komissiyasının müraciətlərə baxılması göstərilən tarixlərdə həftənin 1-5-ci günləri, saat 10:00-dan 17:00-a kimi aparılmışdır. Ümumilikdə Filial üzrə Apellyasiya komissiyasına 147 imtahan işindən 11 ixtisas üzrə şikayət ərizəsi ilə müraciət etmiş, 50 işdə Apellyasiya komissiyasının qərarı ilə bal dəyişikliyi olmuş, 76 işdə heç bir dəyişiklik edilməmiş, 21 müraciətdən isə imtina edilmişdir.

Müraciət olunan imtahan işlərindən 92-i filialın Humanitar və sosial elmlər fakültəsinin, -54-ü isə Riyaziyyat və təbiət elmləri fakültəsinin tələbələridir.

2ci məsələ ilə bağlı Filialın Təcrübə üzrə rəhbəri Şəhla Mədətova çıxış edərək, pedaqoji internatura haqqında yeni qaydalarla bağlı məlumat verdi.

Daha sonra “Keyfiyyətin təminatı şöbəsinin hesabatı” KTŞ-nin müdiri Pərvanə Rzayeva hesabatı ilə çıxış etdi və Filialın professor-müəllim heyətinin Reytinq qiymətləndirilməsi nəticələrini elan etdi.

Növbəti hesabatlardan biri cari tədris ilinin Payız semestrində yaradılmış Tələbə, məzunlarla iş və karyera şöbəsinin müdiri Hikmət Musayevə məxsus idi.O, şöbənin fəaliyyəti, görülən işlər, icra edilən layihələr, əldə edilən uğurlar, könüllülük fəaliyyəti haqda ətraflı məlumat verdi və gələcək planlar barəsində danışdı.

Sonra filialın Tədris şöbəsinin müdiri Mələk Bağırova vakant dərs saatları ilə bağlı məlumat verdi və görülən işləri diqqətə çatdırdı.

Daha sonra cari məsələlərin müzakirəsinə keçildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?