ADPU-nun Quba filialında yüksək bal yığan abituriyentlərlər görüş keçirilib.

16.08.2023
ADPU-nun Quba filialında yüksək bal yığan abituriyentlərlər görüş keçirilib.

2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında 555 bal toplamış Səma Merdiyeva və 502 bal toplamış Rəna Sərdarova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialını seçib

Quba şəhər Fizika Riyaziyyat İnformatika Təmayüllü Liseyi (FRİTL) bitirən S.Merdiyeva ADPU-nun Quba filialında “Riyaziyyat informatika müəllimliyi” və R.Sərdarova “Coğrafiya müəllimliyi” ixtisası üzrə ali təhsil alacaq.

15 avqust tarixində Quba filialının direktoru dosent Yusif Alıyev gənclərlə görüşüb, onlara günbəgün inkişaf edən filial haqqında danışıb, seçimlərində ziyalı və rəhbər kimi yanılmayacaqlarına söz verib, onların ailə üzvlərini və müəllimlərini uğurlu nəticə göstərməsi münasibətilə təbrik edib, seçiminə görə hər iki gəncə kollektiv adından təşəkkürünü bildirib.

Daha sonra qeyd edib ki, ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, bu filialın inkişafına da öz təsirini göstərir.

Sonda xatirə şəkli çəkdirilib, filialla tanışlıq olub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?