ADPU Quba filialında TEC-in IX elmi konfransı keçirilib

30.12.2021
ADPU Quba filialında TEC-in IX elmi konfransı keçirilib

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərin ildönümünə həsr edilən TEC-in IX elmi konfransı keçirilib
Dekabrın 24-də keçirilən konfransda filialın direktoru dosent Y.Alıyev, ADPU TEC sədri dos. Ali Zalov, Riyaziyyat fakültəsinin dekanı dos.Araz Fərəcov, filialın professor, müəllim və tələbə heyəti iştirak edib.
Konfransı filialın direktor müavini A.Şeydayeva açıq elan edib, sözü filialın direktoru dos.Y.Alıyevə təqdim edib.Konfransda giriş nitqi ilə çıxış edən dos.Y.Alıyev filialın TEC xətti ilə tələbələrin elmi tədqiqat işlərinə cəlb edilməsinin əhəmiyyətini diqqətə çatdırıb, bildirib ki, son dövrlər atılan addımlar onu deməyə əsas verir ki, filial tələbələrin hərtərəfli inkişafında maraqlıdır.Gənclərin elm təhsil sahəsində də öz sözlərini əmin ifadə etmələri üçün əlimizdən gələni bundan sonra da edəcəyik.
Daha sonra konfransın moderatorluğu filialın TEC sədri Azər Zahirova həvalə edilib.
Konfransda çıxış edən dos.Əli Zalov qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinində (ADPU) ilk tələbə elmi cəmiyyəti 1940-cı ildə yaradılmışdır. İndi 100-illik yubileyini qeyd etdiyimiz doğma univrsitetimizdə TEC-də böyük ənənəyə malikdir.
ADPU-nun Quba filialı ölkəmizdə yüksək ixtisaslı müəllim kadrları hazırlayan təhsil müəs¬sisəsidir. Burada daim gənclərə Azərbaycanın bu günü, gələcəyi onlardan asılı olduğu aşılanır. Onlar bu və ya digər sahələr də tezliklə yaşlı nəsli əvəz edərək ölkəmizin inkişafı naminə fəliyyət göstərəcəkəlr. Bunun üçün Quba filialının tələbələri elmlərə yiyələnir, elmi məfkurələrini artırır, saf və sağlam ideya – Azərbaycançılıq ideyasına yiyələnirlər.
Azərbaycanın təhsilinin siması keyfiyyət və kəmiyyət baxımından gündən- günə yüksəlişə doğru inkişaf edir. Bu yüksəliş ADPU-da və Quba filialında da aydın görünür.
Bu gün universitetimizin maddi-texniki bazası zənginləşmiş, tələbələrin elmlərə yiyələnməsi üçün hər cür normal şərait yaradılmışdır.
Quba filialında yaxşı və əla oxuyan tələbələr təcrübəli professor və dosentlərin rəhbərliyi altında elmi tədqiqat işləri aparırlar.
Bu və ya digər sahələrdə ali təhsilini başa vurmuş yüzlərlə istedadlı gənclər arasında Quba filialınında məzunlarından da bəziləri tez bir zamanda alimlik dissertasiyaları müdafiə edərək təkcə vətəndə deyil, eləcədə xarici ölkələrdə uğurla çalışaraq ölkəmizin şərəfini ucaldacaqlar.
Bu elmi konfransda onlarla gənc konkret mövzularla özlərinin nəyə qadir olduqlarını sübuta yetirəcək. Bu işdə, əlbəttə, Quba Filialının direktoru dosent Yusif Alıyevin, professor-müəllimlərin və fakültə tələbə elmi cəmiyyyəti rəhbrinin, kafedra müdirlərinin fəaliyyəti qeyd olunmalıdır.
Daha sonra dos.A.Fərəcov da filialın bu konfransla böyük uğura imza atdığını vurğulayıb və bu işdə filial rəhbərliyinin xüsusi səyini də diqqətə çatdırıb.
Daha sonra filialın Pedaqoji fakültəsinin dekanı f.f.d. Q.İdrisov çıxış edib, TEC-in IX elmi konfransına toplanan materiallar, elmi rəy verən müəllimlər, kafedralar üzrə TETİ- nin həcmi haqqında ətraflı məlumat verib, rəhbərliyə və təşkilatçılara təşəkkürünü ifadə edib, qeyd edib ki, konfransda fərqlənən məruzə sahiblərinə müəllifi olduğu Zəfər çələngi adlı kitablardan hədiyyə ediləcəkdir.Onun bu təklifi təşəkkürlə qarşılanıb.Daha sonra plenar iclasda Elvin Şükürov, Aysel Pənahova, Aytac Abıyeva müxtəlif mövzularda apardıqları elmi tədqiqat işlərini təqdim ediblər, həmin məqalələr konfrans iştirakçıları tərəfdən yüksək qiymətləndirilib.
Daha sonra konfrans iki bölmə üzrə öz fəaliyyətini davam etdirib, I bölmədə filialın İKT şöbəsinin müdiri Yusif Abayev, dos.Güləddin Həmzəyev, r.f d.Nurbala Süleymanov, moderatorluğu TEC I sədri Ağayar Məmmədov, II bölmədə isə dos.Gülşən Ağabəy, f.f.d Qələmşah İdrisov, Mürvət Əliyev rəhbərlik edib.Moderatorluğu isə TEC II sədr müavini Aygün Seyfullayeva həyata keçirilib.Bölmələrdə fərqlənən tələbələrə Diplomlar və kitab hədiyyə edilib.Ümumi fərqlənən və iştirak edən tələbələr haqqında yaxın günlərdə paylaşılacaq konfrans materiallarında, proqramda məlumat veriləcəkdir.Bütün iştirakçıları bir daha təbrik edirik.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?