“Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının təmin edilməsində Heydər Əliyin rolu” mövzusunda elmi – praktiki konfrans keçirilib.

09.03.2023
“Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının təmin edilməsində Heydər Əliyin rolu” mövzusunda elmi – praktiki konfrans keçirilib.
7 mart 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının təmin edilməsində Heydər Əliyin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlayıb.Daha sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə fizika elmləri doktoru, dosent, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev açıq elan edib, “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda çıxış edib. Fizika elmləri doktoru Y.Alıyev əvvəlcə sözə Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin fikirləri ilə başlayıb:
“Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar, onlar bizim nəslimizi artırırlar. Qadınlarla kişilərin bərabərliyinə gəldikdə, açıq demək lazımdır ki, qadınlar həmişə kişilərdən çox zəhmət çəkiblər.” Daha sonra direktor qeyd edib ki, şəhid anaları, bacılarını xüsusi təbrik edirəm və səbirli olmalarını arzu edirəm. Şəhidlər cismani olaraq aramızda yoxdurlar, ancaq onlar bizim qəlbimizdə yaşayır və yaşayacaq. Yoldaşları, qardaşları şəhid olan bacılara səbr diləyirəm. Onlara qayğı hər biriminiz borcudur. Hər bir Azərbaycan kişisinin borcudur ki, qarşılarında baş əysin. Hər bir şəhid anasının, bacısının, həyat yoldaşının qarşısında baş əyirəm.
Tədbirdə çıxış edən Şəhid Səttər Piriyevin anası Ofeliya Piriyeva tədbirin təşkilatçılığına görə filialın direktoru Y.Alıyevə təşəkkür edib, bildirib ki, Səttər Qələbəyə saatlar qala Şəhid olub, ancaq komandir kimi əsgərlərini mühasirədən çıxarmağı bacarıb.
Qeyd edək ki, Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edirdi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Daha sonra tədbir Humanitar və sosial elmlər fakültəsinin Ədəbiyyat və dillər kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Elmira Əliyevanın və XM 2201B qrup tələbəsi Zemfira Davrişovanın moderatorluğu ilə davam edib, filialın Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbələri (N.Mustafayeva, A.Sadıqzadə, L.Qəribova, A.Quraişova, Z.Məmmədova, S.Şahkərəmova, Z.Davrişova, N.İsayeva, ) T.Bayramın Qadın ürəyi şeirini, “Sarı gəlin” musiqisini (ingilis dilində) səsləndirib, Şəhidlərimizə həsr etdikləri videoçarxı nümayiş etdiriblər.
Tədbirin sonunda Şəhid valideynləri, filial əməkdaşları və bir qrup tələbə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə filial rəhbərliyi tərəfindən təltif edilib:
Piriyeva Ofeliya – Şəhid Səttər Piriyevin anası
Məlikova Günel Tərlan – Şəhid Aqil Məlikovun həyat yoldaşı, Riyaziyyat və təbiət elmləri fakültəsinin tyutoru
Şıxəliyeva Rita Vadimoviç – Şəhid Anvar Şıxəliyevin bacısı, İBT 2201B
Əhmədova Ramilə Yafət – Şəhid Rəvan Əhmədovun bacısı, RİN 2201B
Mehdiyeva Həlimə İlham- Şəhid Anar Mehdiyevin bacısı, RİN1801B
Bayramova Vəfa İlqar – Riyaziyyat və informatika kafedrasının laborantı
Musayeva Elnarə Tahir – Tədris şöbəsinin Monitorinq və qiymətləndirmə üzrə baş mütəxəssisi
Qubatova Tərifə Fikrət – KTŞ baş mütəxəssisi
Fidayeva Aynurə Rövşən – Arxiv müdiri
Məmmədova Gülnar Bəhram – Tarix, pedaqogika və sosial elmlər kafedrasının laborantı
Aslanova Xavər Gülməhəmməd – Təsərrüfat şöbəsinin əməkdaşı
Xəlilova Validə Saat – Təsərrüfat şöbəsinin əməkdaşı
İdrisova Aygün Elçin– Heydər Əliyev adına adlı təqaüd, RİN1801B
Əliməmmədova Səidə Vasif – Nadir İbrahimov adına adlı təqaüd, RİN1801B
Ürəyi təmizdir, ruhu təmizdir,
Xəyalı bir nur tək sonsuz dənizdir,
Qadın bir anadır, ana əzizdir.
Qadınlar bayramınız mübarək olsun!
 
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?