ADPU-nun Quba filialının tanıtımı layihəsi çərçivəsində Quba rayonu II Nügədi 3 saylı tam orta məktəbinin şagirdləri filialda olub

08.06.2023
ADPU-nun Quba filialının tanıtımı layihəsi çərçivəsində Quba rayonu II Nügədi 3 saylı tam orta məktəbinin şagirdləri filialda olub

Tanıtım proqramına uyğun görüş zamanı məktəbin Təşkilatçı müavini Samirə Məmmədova, riyaziyyat müəllimi Ayşən Xəlilova və 9,10, 11-ci sinif şagirdləri filial ilə tanış olublar.

Görüş zamanı Filialın KTŞ müdiri Pərvanə Rzayeva, İKT şöbəsinin müdiri Yusif Abayev tərəfindən filalın ixtisasları, tədris prosesi, kadr hazırlığı, pedagoji heyət və təlim-tərbiyə haqqında geniş məlumat verilmiş, qeyd edilmişdir ki, hazırda filialda 11 ixtisas üzrə qəbul aparılır ki, bu da fəaliyyətə 2 ixtisasla başlayan bölgə ali məktəbi üçün olduqca böyük nəticədir. Qəbul ballarındakı dinamikaya diqqət etsək görərik ki, 2016/2017-ci tədris ilində 213-514 bal, 2017/2018-ci tədris ilində 226-567 bal, 2018/2019-cu tədris ilində 244-670 bal, 2019/2020-ci tədris ilində 211-553 bal, 2020/2021-ci tədris ilində 205-573 bal, 2021/2022-ci tədris ilində 223-579 bal, 2022/2023-cü tədris ilində 201-544 bal arasında dəyişir. Qəbul prosesində tələbə sayı üçün dinamikaya diqqət etsək görərik ki, 2016/2017-ci tədris ilində 197 nəfər (ümumi tələbə sayı 779), 2017/2018-ci tədris ilində 148 nəfər (ümumi tələbə sayı 751), 2018/2019-cu tədris ilində 181 nəfər(ümumi tələbə sayı 818), 2019/2020-ci tədris ilində 202 nəfər(ümumi tələbə sayı 845), 2020/2021-ci tədris ilində 211 nəfər(ümumi tələbə sayı 953), 2021/2022-ci tədris ilində 271 nəfər (ümumi tələbə sayı 1064), 2022/2023-cü tədris ilində 294 nəfər qəbul olub.

Sonda universitetlə tanışlıq olub və xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?