Aprel döyüşləri “Qələbənin ilk addımları “

06.04.2024
Aprel döyüşləri  “Qələbənin ilk addımları “

Quba Filialında “Aprel döyüşləri”nin ildönümünə həsr edilmiş “Qələbənin ilk addımları”adlı tədbir keçirilib

05 aprel 2024-cü il tarixində ADPU-nun Quba filialının və GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyinin təşkilatçılığı ilə “Aprel döyüşləri”nin ildönümünə həsr edilmiş, 44 günlük Vətən müharibəsi qaziləri- Tarıyel Ağasıyev, Orxan Babayev və İlkin Abayevin də iştirakı ilə”Qələbənin ilk addımları” mövzusunda tədbir keçirilmişdir. Tədbir Şəhidlərimizin xatirəsinin “Bir dəqiqəlik sükut” ilə yad edilməsindən sonra, Filialın Heydər Əliyev lektoriyasının müdiri N.Şirinova tərəfindən açıq elan edildi. Tədbirdə əvvəlcə geniş məruzə ilə çıxış edən Filialın direktoru dos. Y.Alıyev Aprel döyüşlərindən danışaraq, Vətən müharibəsində qələbə qazanılmasında bu döyüşlərin rolunu tədbir iştirakçıların nəzərinə çatdırmışdır. O, eyni zamanda gəncləri daha da vətənpərvər olmağa, şəhidlərimizi və qazilərimizi unutmamağa çağırmışdır.

Tədbirdə həmçinin qəhrəman qazimiz Tarıyel Ağasıyev çıxış edərək tədbirdə geniş məzmunlu çıxışına görə Filial rəhbərliyinə təşəkkür edib, gənclərlə öz döyüş xatirələrini bölüşüb, tələbələr tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Daha sonra Filialın əməkdaşları N. Bayramova, A. Şıxbabayeva mövzu ilə bağlı çıxış edərək, öz fikirlərini, təəssüratlarını tədbir iştiakçılarının diqqətinə çatdırmışdırlar.

Tədbirin sonunda “Aprel döyüşləri”nə həsr edilmiş sənədli film nümayiş olunmuşdur.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?