ADPU-nun Quba filialının kollektivi Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib

30.03.2022
ADPU-nun Quba filialının kollektivi Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib
Quba şəhərindəki “Soyqırımı Memorial Kompleksi” ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir. Kompleks ermənilərin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayıb. Ölkəmizdə yaradılan bu cür məbədlər daim dövlət qayğısı ilə əhatələnib. Məqsəd bütün olanları gələcək nəslə ötürmək, Azərbaycan həqiqətlərini yaşatmaqdır. Bunun üçün nəyisə qurub tikəndən sonra onu qorumaq da əsas şərtlərdən biridir.
Bura gələn qonaqların diqqətini insanların başına gətirilən qətliama yönəltmək üçün lazımi tədbirlər görülüb.
2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmusdur. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasi, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı
qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013- cü il sentyabrın 18 də açılmışdır.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?