ADPU-nun Quba filialında “Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” adlı seminar keçirilib

28.12.2022
ADPU-nun Quba filialında “Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” adlı seminar keçirilib
27 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” adlı seminar keçirilmişdir.
Seminardan əvvəl iştirakçılar tərəfindən ulu öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub.
Seminarda filialın direktoru f.e.d.Yusif Alıyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru c.e.d., dosent Eminov Zakir, əməkdaşları c.e.d., dosent Səfərov Səid, c.ü.f.d., dosent İmrani Zaur, c.ü.f.d., dosent İsmayılov Mirnuh, c.ü.f.d., dosent Bədəlov Etibar, c.ü.f.d., dosent Yunusov Müseyib, c.ü.f.d., dosent Abdullayev Rəfael, c.ü.f.d., dosent Haqverdiyev Habil, c.ü.f.d., dosent Nəbiyev Həsən, c.ü.f.d., dosent Zeynalova Səidə, c.ü.f.d., dosent Quliyev İsmayıl, k.e.i. Cəbrayılov Emil, k.e.i. Bayramov Tural, İsmayılov Rəsul, filialın Təbiət elmləri kafedrasının əməkdaşları, filialın GAB-nin sədri E.Əhmədov, filialın “Coğrafiya müəllimliyi”, “Tarix coğrafiya müəllimliyi” ixtisasının tələbələri iştirak edib.
Seminarı filialın direktoru dosent Yusif Aliyev açaraq tədbirdə iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminovu, institutun şöbə müdirlərini və qonaqları salamlayaraq tədbiri açıq elan edib, təşəbbüsə görə öz təşəkkürünü ifadə edib, bildirib ki, filialda belə tədbirlərin keçirilməsi istər filial əməkdaşları, istərsə də filialın “Coğrafiya müəllimliyi”, “Tarix coğrafiya müəllimliyi” ixtisaslarının tələbələri, gənc tədqiqatçılar üçün olduqca böyük əhəmiyyət daşıyır.
Elmi seminarda digər çıxış edənlər tərəfindən qeyd edilib ki, müasir dövrümüzdə təbiətdən istifadə, ekosistemin və biomüxtəlifliyin qorunub saxlanılması, eləcə də davamlı sosial-iqtisadi inkişafın təminatçısı qismində elm və təhsilin sirləri durur. Bu da dünya ölkələrinin həyati maraqlarına toxunan və mövcud problemlərin həlli istiqamətində müxtəlif sahələrin mütəxəssislərini birləşdirən birgə əməkdaşlığı tələb edir.
Siyasi, iqtisadi, sosial və mədəni irs dünya xalqlarının birliyini şərtləndirən amillər sırasına daxildir. Bu zaman sənaye, kənd təsərrüfatı, sosial infrastruktur, turizm-rekreasiya, nəqliyyat və kommunikasiya sistemlərinin müasir səviyyədə yenidən qurulması, əhali məskunlaşması ilə yaranan problemlərin həlli yollarının araşdırılması, həmçinin təbii ehtiyat potensialının qiymətləndirilməsi, ekoloji tarazlığın bərpası, şirin su ehtiyatlarının təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Bu zaman, elm və təhsilin inteqrasiyası bütün sahələrin potensialından səmərəli istifadə etməyə köməklik göstərir. Məhz bu baxımdan, həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının istehsalata cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu regionlarda elmi potensialın yaxşılaşdırılması ilə bağlı elmi müəssisə və ali təhsil ocaqlarında müntəzəm olaraq tədbirlər həyata keçirir.
Sonda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov və həmin institutun əməkdaşları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə əməkdaşlığa görə Filialın direktoru f.e.d. Yusif Alıyev tərəfindən Fəxri diploma layiq görülüblər, daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?