Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Sərxan Cəfərovun daha bir məqaləsi beynəlxalq nüfuzlu Scopus indeksli Q2 kvartilli jurnalda dərc olunub!

21.11.2023
Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Sərxan Cəfərovun daha bir məqaləsi beynəlxalq nüfuzlu Scopus indeksli Q2 kvartilli jurnalda dərc olunub!

“3-cü Nəsil Universitetlərinin Təhsil Siyasəti (Education Policy of 3RD Generation Universities) adlı məqaləmizdə universitetlərin tarixən keçdiyi inkişaf yoluna qısa nəzər salınaraq yeni nəsil universitetlərin qarşısında duran əsas hədəflər (o cümlədən Azərbaycan təcrübəsində) təhlil edilmiş, həmçinin İndiki və gələcəyin universitetlərinin beş modeli təqdim olunmuşdur.

İnkişafın müasir anatomiyası hər bir cəmiyyətin tərəqqisi, rifah halı, rəqabətlilik immuniteti eləcə də, həmin sosiumun biliklər iqtisadiyyatına verə bildiyi töhfə, yeni texnologiyalara sahiblənmə əmsalı ilə bağlıdır. Zamanın çağırışı budur ki, müasir dövrdə keyfiyyətli insan gücü yetişdirən, elmi araşdırma fəaliyyəti yürüdən və toplumun əsas inkişaf alqoritmlərini ifadə edən başlıca təsisatlar universitetlərdir.

Son 20-30 il ərzində dünyanın inkişaf etmiş ölkələri yeni nəsil universitetlərinə (3.0 konsepti) transformasiya islahatları aparıb. Bir tərəfdən toplumun ali təhsil qarşısında artan və çeşidlənən tələblərinə cavab vermək, digər tərəfdən qloballaşmanın fürsət və təhdidlərini qarşılamaq bu islahatların əsas fəlsəfi mahiyyətini təşkil edib.

🔗 Ali təhsilin gələcəyi ilə bağlı dəyərli fikirlər əldə etmək və müzakirənin bir hissəsi olmaq üçün tam məqaləyə [https://ojs.journalsdg.org/jlss/article/view/1670/840] buradan daxil olub baxa bilərsiz! Fikirləriniz və rəyləriniz əvəzsizdir, çünki biz birlikdə daha parlaq, daha innovativ təhsil mənzərəsini qura bilərik!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?