ADPU Quba kollektivi Akademik Milli Dram Teatrında

19.02.2024
ADPU Quba  kollektivi Akademik Milli Dram Teatrında

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının professor-müəllim heyəti başda Filialın direktoru f.e.d., dosent Yusif Alıyev olmaqla, 18 fevral 2024 -cü il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurbanov yaradıcılığında zamanının ən casarətli dram əsəri kimi qəbul edilən “Sənsiz” dramını izləyiblər.

Tamaşanı xalq artisti Mehriban Zəki (Sevinc), əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral) və Ziya Ağa (Fərhad) canlandırıblar.Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Balayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Xanım Həsənova və Könül Kərimovadır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?