ADPU-nun Quba filialında TGT-nın 2022-ci ilin yekununa dair Hesabat konfransı keçirilib

28.12.2022
ADPU-nun Quba filialında TGT-nın 2022-ci ilin yekununa dair Hesabat konfransı keçirilib
Konfransda filialın direktoru f.e d.Yusif Alıyev, direktor müavinləri,dekanlıq nümayəndələri, struktur rəhbərləri, tyutorlar, əməkdaşlar və tələbələr iştirak edib.
Tədbirdə giriş nitqi ilə çıxış edən filialın direktoru f.e d.Yusif Alıyev filial tələbələrinin uğurları ilə qürur duyduğunu, filialın tələbə sayının 1000 nəfəri ötməsi ilə nailiyyətlərin də artmasına sevindiyini ifadə edib, hər zaman tələbə gəncləri dəstəklədiyini vurğulayıb.
Hesabat konfransında çıxış edən TGT sədri Nicat Piriyev, sədr müavinləri Hicran Seyidova, Mətin Nəcəfov əvvəlcə filialda gənclərin inkişafı üçün yaradılan şəraitə görə filialın direktoru f.e.d.Y.Alıyevə, əməkdaşlığa görə rayondakı müxtəlif qurumlara təşəkkür edib, qeyd ediblər ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı 2012-ci ildə yaradılmışdır. Tələbələrin özlərinin idarəetmə orqanı olan TGT tələbələrin hüquqlarını qorumaq, potensialını aşkarlamaq, tələbə şəbəkəsi ilə əhatəsini genişləndirmək, gələcəyə fikirlərini yönəltmək və strategiyasını qurmağa dəstək olmaq, tələbələrin asudə vaxtını maraqlı təşkil etməkdir.
Filial daxilində keçirilən tədbirlər, intellektual yarışmalar, debat çempionatları, sərgilər, idman yarışları, musiqi festivalları və s. kimi tədbirləri TGT-nın üzvləri və yeni üzv olan tələbələrin layihələri əsasında formalaşır.
Bundan əlavə filialdan kənarda keçirilən tədbirlərdə tələbələrin iştirakını könüllü təşkil etmək üçün fakültə sədrləri olur. Bundan əlavə, hər fakültənin qruplar üzrə nümayəndələri olur.
Daha sonra tədbirdə yeni seçilən Fakültə sədrləri – TGT üzrə Fakültə sədri Kamilla Rzayeva, THİK üzrə Fakültə sədri Mənzər Heybətova, Hökməxanım Nuriyeva, TEC üzrə Fakültə sədri Zəhra Məmmədova, Zümrüd Məmmədova kollektivə təqdim edilib, TGT tərkibində fəaliyyət göstərən klubların hesabatları dinlənilib.
Sonda filial rəhbərliyi tərəfindən il ərzində istər ictimai fəallığı, istər tədris göstəricilərinə görə fərqlənən tələbələr, filial kitabxanasının ən fəal oxucuları, ən yaxşı qrup nümayəndələri, olimpiada və intellektual yarışların qalibləri, təltif edilib, xatirə şəkilləri çəkdirilib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?