“Zəriflik”

08.03.2024
“Zəriflik”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Zəriflik” adlı tədbir keçirilib

Tədbirdə Fizika elmləri doktoru, dosent, ADPU-nun Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, görkəmli şair, AYB-nin Quba bölməsinin sədri, Əhməd Cavad mükafatı laureatı Ramiz Qusarçaylı, tanınmış şair, Sumqayıt Poeziya Evinin direktoru, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim İlyaslı, tanınmış yazıçı, publisist, sənətşünas, “Qızıl Kəlmə” Ədəbi mükafatı laureatı

Əkrəm Qaflanoğlu, AYB və AJB – nin üzvü Polad Məmmədov, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, VİQAS MED Psixoloji və nitq inkişafı mərkəzinin direktoru Fidan Bağırova, tələbələr Ramilə Əhmədova, Günəş İskəndərov çıxış ediblər.

Onu da qeyd edək ki, tədbirdən əvvəl Gül sərgisi nümayiş etdirilib, sərginin qalibi filialın Tələbə, məzunlarla iş və karyera şöbəsi seçilib.

Sonda Filialın direktorunun əmri ilə bir qrup əməkdaş Fəxri fərmanla təltif edilib. Xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?