TƏBRİK EDİRİK!

30.12.2021
TƏBRİK EDİRİK!

Bu gün Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin doğum günüdür.Bu münasibətlə onu başda ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev başda olmaqla, filialın kollektivi adından ürəkdən təbrik edir, Azərbaycan təhsilinin inkişafı naminə gələcəkdəki fəaliyyətində uğurlar arzulayırıq. Heç şübhəsizdir ki, Emin Əmrullayevin orta və ali təhsilin inkişafına diqqət və qayğısı region məktəblərində və universitetlərində də açıq hiss edilir.Təsadüfi deyildir ki, Cənab nazirin atdığı addımlar bir daha təhsil ordusunun cavabdehliyini artırır, yeniliklərə yelkən açır.
Dövlətimizin, gəncliyimizin inkişafında təhsilin rolunun əvəzsiz olduğu bir dönəmdə onun çiyinlərinə həqiqətən çox məsuliyyətli bir yük düşmüşdür. Ona bu məsuliyyətli fəaliyyətində bir daha uğurlar arzu edirik.
Qeyd edək ki, Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil naziri təyin edilmişdir. Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?