ADPU-nun Quba filialı eyni vaxtda 3 beynəlxalq elmi konfransa ev sahibliyi etdi

22.07.2023
ADPU-nun Quba filialı eyni vaxtda 3 beynəlxalq elmi konfransa ev sahibliyi etdi

21 iyul 2023-cü il tarixində ADPU-nun Quba filialında AMEA Folklor İnstitutunun, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, ADPU-nun Quba filialının, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu – İKSAD-ın birgə təşkilatçılığı ilə “BEYNƏLXALQ AVRASİYA AVŞARLARI”, “BEYNƏLXALQ AVRASİYA ELMİ TƏDQİQAT VƏ İNNOVASİYALAR”, “VI BEYNƏLXALQ DƏDƏ QORQUD TÜRK MƏDƏNİYYƏTİ, TARİXİ VƏ ƏDƏBİYYATI” beynəlxalq elmi konfransları baş tutmuşdur.

İlk olaraq qonaqlarla birlikdə Ulu öndər Heydər Əliyevin Quba şəhərində yerləşən əzəmətli abidəsi ziyarət edildi.
Sonra dünyanın 4 ölkəsindən, Azərbaycanın 4 bir yanından gəlmiş 90-a yaxın nümayəndənin iştirakı ilə konfransın plenar iclası baş tutmuşdur.
Plenar iclasdan sonra konfranslar öz işini nəzərdə tutulmuş 11 paneldə davam etdirmişdir.

Ümumilikdə 11 paneldə 78 məruzə dinlənilmişdir. Sonda iştirakçılara beynəlxalq konfransda iştiraklarına və məruzələrinə görə sertifikatlar təqdim edilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?