“Vətəni yaşadan qəhrəmanlar”

27.09.2023
“Vətəni yaşadan qəhrəmanlar”

Azərbaycan Dövlət Pedaqoji universitetinin Quba filialında 27 sentyabr 2020-ci ildən başlayaraq 10 noyabr 2020-ci ildək sürən və Azərbaycan xalqının böyük zəfəri ilə başa çatan Vətən müharibəsində canını qurban vermiş şəhidlərin əziz xatirəsinə həsr edilmiş  “Vətəni yaşadan qəhrəmanlar” adlı tədbir keçirildi.
 
Tədbir, Azərbaycan  Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə pedaqoji heyətlə yanaşı şəhid ailələri, qazilər iştirak edirdilər.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru fiz.ü.e dok, dosent Yusif Alıyev qeyd etdi ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə, Ali Baş Komandana xalqın etibarı və ehtiramı sonsuzdur. Siz tələblər və biz müəllimlər onların yarımçıq qalan arzularını, onların görmək istədikləri azad, firavan, müstəqil Azərbaycan dövlətinin uğurlu inkişafı naminə çalışmalı, qanlarının yerdə qalmaması üçün öz növbəmizdə auditoriyalarımızda onların ruhunu şad etməliyik. Bizim müqəddəs şəhidlərimiz ruhları, adlarını daşıdıqları auditoriyalarda, universitetimizin divarları arasında böyük bir sevgi ilə yaşayır.
Daha sonra İbtidai sinif müəllimiyi ixtisasının II tədris ili tələbəsi Gülşən Qurbanova “Bu yol zəfər yoludur” şeirini səsləndirdi.
Daha sonra Filialın Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi, Vətən müharibəsi iştirakçısı, qazi, İsmət Əliyev də öz çıxışında  bildirdi ki, 44 günlük Vətən müharibəsində  Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Daha sonrakı çıxış edənlər tarix üzrə fəlsəfə doktoru, Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi Təhminə Əliyeva, Riyaziyyat müəllimliyi ixtisasının II tədris ili tələbəsi, Vətən müharibəsi iştirakçısı, qazi, Vurğun Qəniyev oldu. Çıxışçılar Şəhidlərimizin adlarını səsləndirməklə onlar haqqında məlumat verdilər.
Sonda “Onları unutmaq olmaz” şeiri  ilə İbtidai sinif müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Səma Asəfova çıxış etdi.
Tədbirdən sonra Filialın rəhbərliyi və kollektivi Quba şəhərində yerləşən Şəhidlər Xiyabanında müqəddəs şəhid məzarlarını ziyarət etdilər.
Allah şəhidlərimizə rəhmət etsin!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?