ADPU-nun Quba filialında Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqadar oxu bayramı keçirilib

25.05.2023
ADPU-nun Quba filialında Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqadar oxu bayramı keçirilib

“ Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Bunlar insanlara yeni biliklər, yeni məlumatlar gətirir. Ona görə də bizim bu mərkəzi kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə təmin olunsun. Azərbaycanın bütün ictimaiyyətini bu xeyirxah işə dəvət edirəm”

HEYDƏR ƏLİYEV

24 may 2023-cü il tarixində ADPU-nun Quba filialında Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və Oxu aylığı münasibətilə Oxu bayramı keçirilib

Oxu bayramında Filialın direktoru f.e.d. Yusif Alıyev, Özbəkistanın İpək Yolu Tədqiqat Akademiyasının (Silk Road Resarch Academy) rəhbəri professor Azamat Akbarov, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, görkəmli şair Ramiz Qusarçaylı, Quba Mərkəzləşdirilmiş Kitabxananın müdiri Saməddin Nəsirov, Qubalı şairlər, filialın professor və müəllim heyəti, tələbələr iştirak edib.

Tədbir açıq havada, kitab sərgisi ətrafında həyata keçirilib.

Tədbirin moderatorluğunu Filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva edib. O, qeyd edib ki, Oxu bayramı Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilir, Heydər Əliyev həmişə kitaba və kitabxanaya önəm verib.

Oxu bayramında şeirlər səsləndirilib, müxtəlif əsərlərdən danışılıb, kitabın, mütaliənin önəmi haqqında danışılıb, vurğulanıb ki, mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Mütaliə insanı söhbətcil və hazırcavab edir. Mütaliə təfəkkürü dərinləşdirir. Mütaliənin əsasını kitablar təşkil edir. Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bu, bir həqəqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Daha sonra bildirilib ki, böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığını hamı bilir.Sonra gəncləri mütaliəyə cəlb etmək üçün filialın müəllimləri maraqlı təkliflərlə çıxış edib.

Sonda özləri şeir yazan tələbələr Quba Ay işığı ədəbi dərnəyinə qəbul edilib, xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?