“Turizm Könüllüləri”

20.04.2023
“Turizm Könüllüləri”

18 aprel 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təhsil alan tələbələr üçün “Turizm Könüllüləri” Təşkilatının təqdimat xarakterli görüşü baş tutub.

Görüşdə Azərbaycan Turizm Bürosunun əməkdaşı Səbinə Nəcəfova, “Turizm Könüllüləri” Təşkilatının rəhbəri Rəminə Salayeva, Quba Destinasiya Menecment Təşkilatının direktoru Cavid Seyidov, ADPU-nun Quba Filialının direktor müavini İsmayıl Mahmudov, İKT şöbəsinin müdiri Yusif Abayev, Quba Destinasiya Menecment Təşkilatının əməkdaşları Rəfail İskəndərov və Taleh Sultanov filialın əməkdaşları və tələbə kollektivi iştirak edib.

Bildirək ki, görüşün təşkil olunmasında əsas məqsəd “Turizm Könüllüləri” Təşkilatının hədəf və missiyası, eləcə də fəaliyyət istiqamətləri haqqında region gənclərini məlumatlandırmaqdır.

Bundan başqa təşkilatın regionlar üzrə təşkil olunacaq layihə və tədbirləri, eləcə də təcrübə proqramları müzakirə olunub, gənclərin fikirləri dinlənilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?