TƏBRİK EDİRİK!

28.03.2023
TƏBRİK EDİRİK!

ADPU-nun Quba filialının Tarix, pedaqogika və sosial elmlər kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 mart 2023-cü il qərarı ilə dosent elmi dərəcəsi verilib və 9 mart 2023-cü il tarixində ona AAK-da rəsmi şəkildə dosent diplomu təqdim edilib.

27 mart tarixində isə filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev və kollektivin üzvləri elmi dərəcə alması münasibətilə Elnur Nəsirovu bir daha təbrik etmişlər.

Elmi dərəcə alması münasibətilə hörmətli həmkarımızı bir daha ürəkdən təbrik edir, Elnur Nəsirova şəxsi və elmi fəaliyyətində daha böyük urğurlar arzu edirik.

Qeyd edək ki, son 3 ildə ADPU-nun Quba filialının 3 əməkdaşına AAK-ın qərarı ilə fəlsəfə doktoru, 1 əməkdaşına elmlər doktoru elmi dərəcəsi verilmiş, 1 nəfər əməkdaşı isə AAK-ın tələbləri əsasında nostrifikasiyadan keçmiş və tarix üzrə fəlsəfə doktorluğu və dosent elmi dərəcəsi verilmişdir. Həmçinin 1 əməkdaşı elmlər doktorluğu dissertasiya işini şurada uğurla müdafiə edərək AAK-a təqdim etmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?