Clarivate Analytics şirkəti Web of Science vebinarları keçirəcək

Clarivate Analytics şirkəti Web of Science vebinarları keçirəcək

12-29 Aprel, 2021-ci il tarixlərində Clarivate Analytics şirkəti Web of Science haqqında aşağıdakı mövzularda vebinarlar təşkil edəcək:

-Beynəlxalq elmi jurnallarda məqalə nəşr etmək qaydaları

-Elmi fəaliyyət üçün Clarivate resurslarının əsas imkanları

-Elmi analitika: Web of Science və InCites

Ali təhsil müəssisələrinin elmi-pedaqoji heyəti, doktorant, dissertant, magistr və tələbələri vebinara Webex səhifəsi üzərindən qoşula biləcəklər. Rus dillində keçiriləcək vebinarın 90%-də iştirak edənlərin sertifikatları onların elektron poçt ünvanlarına göndəriləcək. Vebinarda iştirak üçün link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyat üçün son tarix 27 Aprel, 2021-ci il nəzərdə tutulub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?