Təbrik edirik !

05.03.2024
Təbrik edirik !

Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Sərxan Cəfərovun məqaləsi Avropa Birliyi ölkələrində “ilin ən çox oxunan 25 məqaləsi” siyahısına düşüb.

Hörmətli Sərxan müəllimi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

PS: 2024-cü ildə ResearchLeap – Beynəlxal Elmi-Tədqiqat Araşdırma Platforması tərəfindən aparılan qiymətləndirilmədə həmkarım, Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru, dosent Zaur İmrani ilə birlikdə 2023-cü ildə Xorvatiyanın yüksək impakt faktorlu beynəlxalq indeksli “International Journal of Innovation and Economic Development” jurnalında nəşr olunmuş “Еconomic-Geographical Model of Sustainable Development in Manufacturing and Education (https://researchleap.com/wp-content/uploads/2023/06/04_Еconomic-Geographical-Model-of-Sustainable-Development-in-Manufacturing-and-Education.pdf)” adlı elmi məqaləmiz 2023-cü il üzrə Avropa Birliyi ölkələrində ilin ən çox oxunan 25 məqaləsi siyahısına düşüb.

Məlumat üçün qeyd etmək istərdik ki, bu məqalə Azərbaycan təhsilinin həm sinergetik yanaşma, həm də inteqrativ istiqamət baxımından yeni yanaşmalardan biridir.

P.S – Düşünürük ki, Azərbaycanda ilk dəfə olaraq dosent Zaur İmraninin “İstehsalda davamlı inkişafın iqtisadi-coğrafi modeli” və mənim müəllifi olduğum “Təhsildə davamlı inkişaf modeli” ilə avropa alimlərinin də diqqətini cəlb edə bilmişik

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?