ADPU-nun Quba filialında çalışan professor-müəllim heyətinin bilik, bacarıq səviyyəsinin artırılması, təhsil, tədris yanaşmalarının inteqrasiyasını təmin etmək məqsədilə təlimlərin keçirilməsi davam etdirilir.
Növbəti təlim-seminar Qırğızıstan Milli Universitetinin Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunun beynəlxalq dərəcəli təlimçiləri tərəfindən həyata keçirilmişdir.
Mövzu: “Təhsildə qiymətləndirmə metodları və Blum Taksonomiyası” olmuşdur.
Spikerlər,
Mambetakunov Ulanbek Esenbekoviç – Pedaqoji elmlər doktoru, professor,
Turqanbayev Beksultan Baktıbekoviç – Maarif təhsil kompleksinin riyaziyyat müəllimi.
Təlim-seminarın sonunda iştirakçılar spikerlərə suallarını ünvanladılar.