ADPU-da praktik psixologiyaya dair regional elmi-praktik seminar keçirilib

07.05.2023
ADPU-da praktik psixologiyaya dair regional elmi-praktik seminar keçirilib

Seminarda ADPU-nun Quba filialının TSPX ixtisasının 2001B qrup tələbələri də iştirak edib

Mayın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən Psixologiya Klubunun təşkilatçılığı ilə universitetin Quba və Şamaxı filialları, eləcə də, Bakı Slavyan Universiteti (BSU) və Bakı Dövlət Universitetinin (BDU) psixoloq-müəllim və tələbələrinin iştirakı ilə görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Praktik psixologiya” mövzusunda regional elmi-praktik seminar keçirilib. Seminarın məqsədi tələbələrin peşəkarlıq səviyyəsinin artırılması, iştirakçılar arasında aparıcı təcrübə mübadiləsi, dünyagörüşünün genişləndirilməsi, müasir praktik psixologiya sahəsində psixoterapevtik metodika və texnologilar üzrə praktik biliklərin istifadəsi haqqında məruzələr və birgə müzakirələr etməkdir. Seminarın regional və universitetlərarası formatda kecirilməsinin məqsədi həm regionlarda yerləşən filiallarda təhsil alan gələcək psixologiya mütəxəssislərini bu mövzuda maarifləndirmək, həm də universitetlər arasında psixoloqların praktiki iş təcrübəsi mübadiləsinin təminidir.

Tədbirdə ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı dos. Nailə Hüseynova, Ümumi psixologiya kafedrasının müdiri, prof. Ramiz Əliyev, kafedranın professoru, Psixologiya Klubunun rəhbəri Elmar Hüseynov və BSU-nun dosenti Gülnara Həsənova çıxış ediblər.

Daha sonra müxtəlif ali məktəblərin tələbələrinin psixologiyanın aktual praktik sahələrinə aid ondan çox məruzəsi dinlənilib və müzakirələr aparılıb. Sonda iştirakçılar sertifikatlarla təltif olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?