Dünyaya pəncərə

05.08.2023
Dünyaya pəncərə

Diplomatik müdrikliyi, siyasi cəsarəti, dərin məntiqi, tənqidi təfəkkürü, qeyri-adi uzaqgörənliyi, böhranlı vəziyyətdən düzgün çıxış yolu tapmaqda bərabəri olmayan ümumilli liderimiz H. Əliyev dilçilik və dil öyrənmə sahəsində də özünəməxsus xüsusiyyətlərə malik idi. Onun Azərbaycan dilçilik elminin inkişafı, əlifbamız və dilimizin adlnadırılması sahəsində gördüyü işlər ana dilini sevmək, onu qorumaq və inkişaf edirmək istiqamətində nəsillərə parlaq nümunədir.

H. Əliyev hələ ötən əsrin 70-ci illərində keçmiş Sovetlər birliyində ictimai, siyasi və iqtisadi proseslərin o  dövrün ideologiya maşınının istehsal edib dünyaya nümayiş etdirdiyi kimi olmadığını bilirdi. Ona görə də var qüvvəsi ilə Azərbaycnın müstəqil dövlət kimi yaşaya bilməsi üçün respublikamızın inamlı inkişafına çalışırdı. Azərbaycanın davamlı yüksəlişi ittifaqın o zamankı başçısı L. İ. Brejnevi də heyrətləndirmiş və o: – Azərbaycan iri addımlarla irəliləyir, – demişdi.

Xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə inam hissi aşılayan iqtisadi və mədəni quruculuq işləri ilə yanaşı təhsil və elm sahəsində də möhtəşəm işlər görülürdü. Məsələn, o dövrdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun açılması çox böyük elmi yenilik idi. Sovet təhlükəsizlik orqanlarının milli respublikaların hər bir addımını diqqətlə izlədiyi, üzlərinə gülüb saman altından su yertidikləri bir vaxtda xarici dilləri öyrənmək üçün ayrıca bir institut yaratmaq üçün məhz H. Əliyevə məxsus dərin siyasi cəsarət lazım idi. İndi Azərbaycan Dillər Universiteti (ADU) adlanan təhsil müəssisəsi əslində qapalı Sovet məkanlarından biri olan Azərbaycandan dünyaya açılan pəncərə idi. Bu yeni pəncərədən həm Azərbaycan dünyanı təsvir olunduğu kimi deyil, onu öz rəngi və boy-buxununda görəcək, həm də dünya Azərbaycanın necə gözəl, zəngin və bu gözəl diyarda yaşayan, təbiəti qədər əsrarəngiz insanlarının müştəqil yaşamağa layiq və qadir olduqlarını görəcəkdi. Bu pəncərədən pərvazlanan xarici dil və beynəlxalq münasibətlər sahəsində peşəkar mütəxəssislər dünya və ölkəmiz arasında mövcud əlaqələri yeni forma və məzmunda inkişaf etdirməklə bərabər, tanımadıqlarımızın bizlərə tanıdılmasında və Azərbaycanı dünya ölkələri sırasında layiq olduğu yerdə görməyimiz üçün böyük səylə çaılşmış və bu gün də bu starteji işin öhdəsindən layiqincə gəlirlər. Mən də bu təhsil müəssisəsinin ilk məzunlarından biri olmağımla həmişə fəxr etmişəm.

ADPU Quba filialında direktor kimi fəaliyyətə başladığı gündən bu təhsil müəssisəsində inqilabi dəyişiklər etmiş və bu gün də  davam etdirən fizika elmləri doktoru, dosent Yusif Alıyevin təşəbbüsü ilə açılmış “İngilis dili müəllimliyi” qrupunun tələbələri də ingilis dilini mükəmməl öyrənməklə həm dünyaya qlobal vətəndaşlıq nöqteyi-nəzərindən baxmağı, həm də Azərbaycan həqiqətlərinin təkcə bizlərin deyil, dünyanın iç işi olduğna diqqəti yönəltməyi öyrənəcək.

H. Əliyev öz ana dilini sevməkdə hamıya gözəl bir nümunə olduğu kimi, xarici dil öyrənmək və ondan xalqımızın tərəqqisi üçün istifadə etməkdə də doğma nümunə idi. O, öz fikrini dilimizin həm ədəbi, akademik, həm də xalqın işlətdiyi formada elə gözəl ifadə edirdi ki, ona heyran olmamaq mümkün deyildi. Xüsusilə xalq özünə daha yaxın ləhcə və leksikonla danışdığı üçün onu çox sevirdi.

H. Əliyevin rus dilində dil sahibləri qədər savadlı, yüksək elmi səviyyədə danışmağı bir ayrı gözəllik idi. Cənubi Afrika siyasətçisi, Nobel Sülh Mükafatı laureatı Nelson Mandela başqaları ilə onların ana dilində danışmağın əhəmiyyətini daha təsirli ifadələrlə bildirmişdir: – Bir adamla başa düşdüyü dildə danışsan, dediklərin onun başına, onun öz dilində danışsan, ürəyinə gedir. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin H. Əliyev haqqında xatirələrini dilə gətirəndə  onun rus dilini öyrənmə və təbliğinə göstərdiyi diqqəti də vurğulayıb: – Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndiririk. Azərbaycan bütün bu illər ərzində MDB-nin az-az ölkələrindən biri idi ki, orada rusdilli məktəblər bağlanmamış, rusdilli nəşrlərin sayı nəinki azalmamış, hətta Sovet İttifaqı dövründəkindən də çox olmuşdur. O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim”.

Dil həm də ideoloji mübarizə formasıdır. Bunu bütün dünya 44 günlük Vətən müharibəmiz  zamanı tam aydınlığı ilə gördü. Cəbhədə qızğın döyüşlərin getdiyi, ərazilərimiz ard-ardınca işğaldan azad olunduqca beynəlxalq aləmin ən mötəbər informasiya mərkəzləri prezidentimiz İ. Əliyevdən interviyu alır, hər vəchlə haqq işimizə kölgə salmağa çalışırdılar. Lakin H. Əliyev irsinin layiqli davamçısı olan İ. Əliyevin polad iradəsi onları əsl həqiqəti görməyə və onunla hesablaşmağa məcbur edirdi. Daha çox imtahana bənzəyən interviyualarda prezidentimiz interviyu alanların öz dillərində danışaraq onlara mənəvi-psixiloji təzyiq göstərirdi. İ. Əliyev poliqlot olaraq müasir gənciliyimiz üçün gözəl bir nümunədir.

H. Əliyevin həm ana dilimizdə danışdıqları, həm də rus dilindəki nitqləri dinləyənlərin ürəyində əks səda verirdi. O, ünsiyyət vasitəsi kimi təkcə onun əsas ifadə formasından biri olan danışıq dilindən deyil, bədən dilindən də məharətlə isitfadə edirdi. Siyasi liderlərlə danışıqlarında üzündə heykəlləşən qətiyyəti, zəhmətkeşlər, elm və mədəniyyət işçiləri ilə görüşlərində həmsöhbətlərinin ürəyinə yayılan bahar mehi kimi mülayim təbəsümü, siyasət aləminə yenicə ayaq basıb, addımlamaqdan əvvəl yüyürmək iddiası ilə yaşayan, tutduqları postlarda özlərini əvəzolunmaz hesab edən naşı siyasətçilərlə mükalimələrində  yayda canlarına üşütmə salan, soyuq, istehzalı gülüşləri heç vaxt yaddaşlardan silinməyəcək. Üzünün vəziyyətdən asılı olaraq dəyişən mimikaları, jestləri, səs tonu və intonasiyaları söylədikləri ilə həmişə həmahəng olurdu.

H. Əliyevin qeyri-adilikilərindən biri də onun hər kəsin və zamanın dilini bilməsi idi. Ünsiyyətdə olduğu insanlara yüksək hörmətlə yanaşan H. Əliyev qarşı tərəfdən də eyni münasibəti görür, şəxsiyyətinin təsir dairəsinə düşənlər onunla görüşünü uzun müddət  xatırlayırdılar. Qondarma Qarabağ konfliktinin həll olunacağı, ərazilərimizin azad olunacağı, bütün dünyanın Azərbaycanla hesablaşacağı, xalqımızın daha xoşbəxt və firavan yaşacağı haqqında söylədikləri günbəgün reallaşdıqca bu xilaskar insanın dahiliyi gözümüz qarşısında daha ehtişamla canlanır.

ADPU-nun  Quba filialı ədəbiyyat və dillər kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi, Rahib (Alpanlı) Sədullayev,

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?