“Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı”

12.05.2023
“Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı”

11 may tarixində ADPU-nun Quba filialında “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi çərçivəsində təlimlərə başlanılıb.

Təlim zamanı ITE-nin direktoru dosent İsa Qasımov biznesə başlamaq və biznesdə uğur qazanmaq üzrə nümunə araşdırmaları və real dünya nümunələri təqdim etdi. Bundan əlavə təlimçi sahibkarların yol boyu qarşılaşa biləcəkləri ümumi çətinliklər mövzusunda çıxış etdi.

İnteraktiv müzakirə formatında keçirilən təlim sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (Innovation and Digital Development Agency) dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı və Yenifikir MMC-nin təcrübəsi və əməkdaşlığı ilə həyata keçirilir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?