“Azərbaycan bayrağı”nı qürurla vəsf edən “Vətən şairi”

26.12.2023
“Azərbaycan bayrağı”nı qürurla vəsf edən “Vətən şairi”

25 dekabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında görkəmli şair Ramiz Qusarçaylının 65 illik yubileyi ilə əlaqədar “Azərbaycan bayrağı”nı qürurla vəsf edən “Vətən şairi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, RİHB aparatının məsul şəxsləri, ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyev, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmlər doktoru Eynulla Məmmədli, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Şahin Fazil, Əməkdar artist Ağalar Bayramov, elm adanları, şairlər və ictimai fəal insanlar, şəhid ailələri və qazilər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, sevilən və tanınmış şair Ramiz Qusarçaylının əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm və tolerantlıq siyasətinin rayon əhalisi arasında təbliğ olmasındakı xidmətləri, həmçinin şeirlərində vətənpərvərlik ruhunun təbliğ etməsinə görə layiq görüldüyü təltifləri qeyd edilməklə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun təbrikləri çatdırılmış və hədiyyə təqdim edilmişdir. Digər çıxış edən natiqlər də şairə yeni-yeni yaradıcılıq uğurları arzulamışlar.

Tədbir Quba Uşaq Musiqi məktəbinin və filial tələbələrinin hazırladıqları nümunələr əsasında ədəbi-bədii kompoziya ilə davam etmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?