Qubada keçirilən “İdman festivalı-2023” ü filialın müəllim və tələbə kollektivi də izləyib

21.11.2023
Qubada keçirilən “İdman festivalı-2023” ü filialın müəllim və tələbə kollektivi də izləyib

Festival müddətində idmançılar və iştirakçılar üçün əyləncəli-maarifləndirici tədbirlər təşkil olunub. Müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı və digər fəaliyyətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festivalda həmçinin gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində tonqal ətrafında festival iştirakçıları ilə görüşüb. İdmançılarla səmimi söhbət edən nazir onlarla yaxından tanış olub və suallarını cavablandırıb. Görüşdə nazir müavini Mariana Vasileva, Vətən müharibəsi iştirakçıları, qazilər və hərbçilər də iştirak ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?